Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3929/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Turab Hacıyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin sahə rəisi, polis baş leytenantı Turab Hacıyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 30 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmiş polisin qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin sahə rəisi, polis kapitanı Turab Hacıyev protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 29 oktyabr 2024-cü il tarixdə X1 DİN-in 102 xidmətinə müraciət edərək yoldaşı Şəxs tərəfindən döyüldüyünü və dərhal polis əməkdaşlarının gəlməsini xahiş etmişdir. Onlar dərhal əməliyyat qrupu ilə birlikdə Şəxs yaşayış ünvanına getmişlər. Şəxs Kazım oğlunu izahatının alınması üçün Polis Şöbəsinə dəvət etmişlər. O, onlara bildirmişdir ki, “onu heçkim heç bir yerə apara bilməz”.Həmin günü Şəxs Kazım oğlu spirtli içki qəbul etmişdir. Onlar Şəxsı Şöbəyə aparmaq isdədikləri zaman onlara qarşı ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, onlara təpik, yumruq zərbələri endirmişdir. 4 nəfər polis əməkdaşları onu şöbəyə apara bilməmiş, əlavə kömək çağırmışlar və gözyaşardıcı qazdan istifadə edərək onu Şöbəyə aparmışlar. Onu şöbəyə təmin edən zaman digər polis əməkdaşının ayağından təpiklə vurmuş, əməkdaşın ayağı çıxmışdır. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, həmin günü çox içkili olmuş və ona görə də polis əməkdaşlarına şöbəyə sabah gedəcəyini bildirmişdir.O, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmişdir. Özünü təqsirli bilir və hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid polis serjantı X2 bildirdi ki,X1 yoldaşı Şəxs tərəfindən döyülməsi ilə bağlı 102 xidmətinə müraciət etmişdir.Təhqiqatçı və sahə rəisi ilə birlikdə hadisə yerinə getmişlər. Onlar Şəxs izahat verməsi üçün Polis Şöbəsinə dəvət etmişlər və o, cavab olaraq şöbəyə sabah gedəcəyini bildirmişdir. Onlar onu şöbəyə aparmaq isdədikləri zaman Şəxs onlara qarşı nalayiq ifadələr işlətmiş, onlara təpik və yumruq zərbələri endirmişdir. Sahə rəisinin üz nahiyyəsindən yumruq endirmiş, digər polis əməkdaşına isə təpik vurmuşdur. Həmin polis əməkdaşının ayağı çıxmışdır. Onlar Şəxsı Şöbəyə aparmaq üçün əlavə kömək çağırmışlar və göz yaşardıcı qazdan istifadə edərək onu polis şöbəsinə aparmışlar. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: -Şəxs barəsində tərtib edilmiş 30 oktyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmiş polis əməkdaşlarının qanuni tələbini pozmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - 30 oktyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 oktyabr 2024-cü il tarixdə saat 06:20-də inzibati qaydada tutulmuşdur. - 3890/2024 nomrəli 30 oktyabr 2024-cü il tarixli “Sərxoşluq hallarının tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Beləliklə, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs polislər vəzifə borcunu icra edərkən onlara qəsdən maneçilik törətmiş, onların qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs etdiyi əməldən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, eyni inda iki inzibati xətanı törətməsini, ağırlaşdırıcı halın olmasını və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3929/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3929/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver