Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-393/2022 11.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsini hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, Gəncə şəhər Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Daşkəsən rayonu, Qaratağlar kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respiblikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə Gəncə şəhər Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Daşkəsən Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 3(030)-75/2022 saylı icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs qeyd edilən icra sənədini icra etmədiyi üçün onun barəsində Gəncə şəhər Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən 11 avqust 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, Daşkəsən Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 3(030)-75/2022 saylı icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs qeyd edilən icra sənədini icra etməmiş, onun çağırışlarına məhəl qoymamışdır. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, Daşkəsən Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 3(030)-75/2022 saylı icra sənədinə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. O, məhkəməyə qədərki izahatlarını təsdiq edərək törətmiş olduğu inzibati xətanı bir daha etiraf edərək bildirdi ki, maddi imkanının zəif olması ilə əlaqədar başqa işdə işlədiyi üçün, aşura mərasimində iştirak etdiyi üçün və bir gün də sadəcə yorğun olduğu üçün ictimai işləri yerinə yetirməkdən yayınmışdır. Səmimi etiraflarını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh növünün təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Daşkəsən Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 3(030)-75/2022 saylı icra sənədinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin icra sənədinə əsasən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elekton nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəziyəsi qoyulmuş, eləcə də Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin MN ******* nömrəli xx.xx.2020-ci il tarixli, Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin MN ******* nömrəli xx.xx.2020-ci il tarixli, Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin MN ******* nömrəli xx.xx.2020-ci il tarixli, Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin MN ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarının icrasına xitam verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “tələbin könüllü icrası haqqında” bildirişdən müəyyən olunur ki, bildirişin surəti Şəxs təqdim edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 04 avqust 2022-ci il tarixli, 05 avqust 2022-ci il tarixli, 08 avqust 2022-ci il tarixli, 09 avqust 2022-ci il tarixli və 10 avqust 2022-ci il tarixli “ictimai işlərin görüldüyü yerə baş çəkmə” protokollarından görünür ki, Şəxs ictimai işlərin həyata keçirildiyi yerdə olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə - üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nın 529-cu maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; 2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi ktəyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3–cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyytinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutlmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan inzibati həbs seçilməli və həbsin əvvəli 11 avqust 2022-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Şəxs 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh edilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 3(030)-75/2022 saylı qərarının icrasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinib, 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 11 avqust 2022-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis Şöbəsinə həvalə edilsin. Şəxs 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh edilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 3(030)-75/2022 saylı qərarının icrasına xitam verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-393/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-393/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver