Məhkəmə qərarları › İş №3(125)-3935/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3935/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3935/2025 14.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2, zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1971-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1245/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 03 iyul 2020-ci il tarixdən başlayaraq borclu X1 hər ay 140 manat sabit pul məbləğində alimentin alınıb tərəflərin birgə yaşayışlarından 18 fevral 2010-cu il tarixdə anadan olmuş Qədir adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X5 tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Borclu xx.xx.2025-ci il tarixli izahatında hər ay 100 manat ödəniş edəcəyini bildirmişdir. Belə ki, icra sənədi üzrə borclunun oktyabr ayı da daxil olmaqla borcu 8960 manat təşkil edir. Göstərilənlərə əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 izahatında bildirdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1245/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 03 iyul 2020-ci il tarixdən başlayaraq borclu X1 hər ay 140 manat sabit pul məbləğində alimentin alınıb tərəflərin birgə yaşayışlarından 18 fevral 2010-cu il tarixdə anadan olmuş Qədir adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X5 tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıqlar təqdim edilsə də, o, borcunu ödəməmişdir. Belə ki, icra sənədi üzrə borclunun oktyabr ayı da daxil olmaqla borcu 8960 manat təşkil edir. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X6 izahatında bildirdi ki, icra sənədindən xəbəri yoxdur. Beş ildən çoxdur ki, uşağını görmür, dəfələrlə zərərçəkmiş şəxsə uşaqla görüş üçün müraciət etsə də, o buna şərait yaratmamışdır. Maddi imkanı yoxdur. Gələn ayın 1-dən başlayaraq hər ay 100 manat aliment ödənişi edəcəyinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, X6 heç bir aliment ödənişini həyata keçirmir, uşağı ilə maraqlanmır. Uşağın artıq 15 yaşı var. Borclu tərəfindən aliment borcunun tam şəkildə ödənilməsini istəyir, ödənilmədiyi təqdirdə inzibati qaydada həbs olunmasını xahiş edir. İş materiallarında olan və məhəmə baxışı zamanı tədqiq edilmiş: - Tovuz Rayon Məhkəməsinin 2(062)-1245/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, 03 iyul 2020-ci il tarixdən başlayaraq borclu X1 hər ay 140 manat sabit pul məbləğində aliment alınıb tərəflərin birgə yaşayışlarından 14 sentyabr 2010-cu il tarixdə anadan olmuş Qədir adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün tələbkar X4 xeyrinə ödənilməlidir. - Tovuz Rayon Məhkəməsinin 2(062)-1245/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(062)-1245/2020 nömrəli qətnaməsində buraxılmış yanlışlığın düzəldilməsi, qətnamədə qeyd edilmiş tərəflərin birgə yaşayışlarından anadan olmuş Qədir adlı uşaqlarının doğum tarixi “18 fevral 2010-cu il” kimi oxunması qərara alınmışdır. - İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1245/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icraat başlanmışdır. - Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli xəbərdarlıqlar və xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli sonuncu xəbərdarlıqlardan görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1245/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi üçün 10 gün müddətində vaxt verilmiş və icra sənədinin icrası barədə İcra İdarəsinə məlumat verilməsi bildirilmişdir. - Borclu İdarədə verdiyi xx.xx.2020-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə tələbi icra etməməsinin səbəbi işləməməsi və səhhəti ilə bağlıdır. İcra sənədi üzrə heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə bugünə olan aliment borcu 420 manat təşkil edir, hələ ki işləmir, nə vaxt işləsə, o zaman ödəyə bilər. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. - Borclu İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdar deyil, icra sənədi üzrə tələbi icra etməməsinin səbəbi xəbərinin olmamasıdır. İcra sənədi üzrə heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə bugünə olan aliment borcu 8960 manat təşkil edir, hər ay 100 manat ödəniş edə bilər. - Borclunun şəxsiyyət məlumatlarına dair “Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş çıxarış iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X6 məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu məhkəmə iclasında verdiyi ifadəsində, həmçinin İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında icra sənədindən xəbəri olmadığını, bu səbəbdən icra sənədi üzrə ödənişlər etmədiyini bildirsə də, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixli xəbərdarlıq həmin tarixdə, xx.xx.2020-ci il tarixli xəbərdarlıq həmin tarixdə, xx.xx.2020-ci il tarixli xəbərdarlıq həmin tarixdə borclu tərəfindən imza edilməklə rəsmi qaydada qəbul edilmiş, həmçinin borclu tərəfindən icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə İdarədə izahat verilmişdir. Bütün bunlar borclunun icra sənədindən xəbərdar olduğunu təsdiq edir. Belə ki, borclu aliment borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımı qaydada ödənilməsinə laqeydlik göstərmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Belə ki, borclunun həm icra icraatı, həm də məhkəmə icraatı dövründə hər hansı məbləğdə ödəniş etməməsi, hazırda icra sənədi üzrə borcun 8960 manat təşkil etməsi borclunun icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmasını sübut edir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 14 oktyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar