Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-394/2023 24.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs XXX Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Kəpəz rayonu, Ələkbərbəy Rəfibəyli küçəsi dalan 4, ev 5, mən 8 qeydiyyatda olan və yaşayan XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, XXX Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə sürərkən, YPX-nin saxla əmirinə tabe olmayaraq A.Səhhət xəstəxanası istiqamətində saxlanılmasına baxmayaraq polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında göstərdi ki, Asiman Qurbanov və Asif Kərimov raportla müraciə edərək XXX Şəxs barəsində qanuna müavafiq tədbir görülməsini xahiş etmişlər. Onların müraciəti və işin halları əsasında XXX Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs XXX Şəxs izahatında bildirdi ki, etdiyi əməldən peşmandır. Himayəsində iki azyaşlı uşağı var. 2-ci Qarabağ müharibəsi qazisidir. 3-cü qrup əlildir. Səhhəti ilə bağlı müayinə olunmaq üçün Gəncəyə xəstəxanaya gəlmişdir. Özünü Azxərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilir. Lakin 510-cu maddəsi ilə özünü təqsirli bilmir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri X6 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 02-20 radələrində 4711 patrul avtomaşında ekipaj yoldaşı X1 ilə 14,15,16 saylı maşrutda xidmətdə olarkən BPİ-nin DYP şöbəsinin 6238 saylı patrul avtomaşını onlardan Abbas Səhhət xəstəxanasının qarşısındakı binaların yanına çağırıb kömək istədi. Həmin yerə yaxınlaşaraq şəxsi nizam intizama dəvət etmişlər.Lakin o tabe olmayaraq onların ünvanına nalayiq ifadələr işlədərək onları təhqir edərək tabesizlik göstərdi.Ona fiziki qüvvə tətbiq edərək avto maşına əyləşdirib və aidiyyatı üzrə 2-ci Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı onlardan başqa orda heç kim olmamışdır. Gecə vaxtı olduğuna görə mübahisəni görən və eşidən başqa heç kim omamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri X3 şahid X6 ilə eyni məzmunlu izahat verdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı onlardan başqa orda heç kim olmamışdır. Gecə vaxtı olduğuna görə mübahisəni görən və eşidən başqa heç kim omamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BP-İnin ƏYPX-bölüyünün baş inspektoru X8 izahatında bildirdi ki, XXX Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə sürərkən, saxla əmirinə tabe olmayaraq A.Səhhət xəstəxanası istiqamətində saxlanılmasına baxmayaraq polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də post patrul xidmətinin əməkdaşlarını köməyə çağırmışdır. XXX Şəxs əvvəlcə polislə getməyə razı olsa da sonradan xanımı düşürüb daha sonra gələcəyni bildirdi. Sərxoş vəziyyətdə olduğu üçün icazə verilmədiyinə görə tabesizlik göstərdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı onlardan başqa orda heç kim olmamışdır. Gecə vaxtı olduğuna görə mübahisəni görən və eşidən başqa heç kim omamışdır. Maşında qadın olsa da hadisə maşından kənarda olduğuna görə həmin qadın bu hadisələrin şahidi olmamışdır. İş materiallarında Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 02-20 radələrində 4711 patrul avtomaşında ekipaj yoldaşı X1 ilə 14,15,16 saylı maşrutda xidmətdə olarkən BPİ-nin DYP şöbəsinin 6238 saylı patrul avtomaşını onlardan Abbas Səhhət xəstəxanasının qarşısındakı binaların yanına çağırıb kömək istədi. Həmin yerə yaxınlaşaraq şəxsi nizam intizama dəvət etmişlər.Lakin o tabe olmayaraq onların ünvanına nalayiq ifadələr işlədərək onları təhqir edərək tabesizlik göstərdi.Ona fiziki qüvvə tətbiq edərək avto maşına əyləşdirib və aidiyyatı üzrə 2-ci Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında Gəncə şəhər BP-İnin ƏYPX-bölüyünün baş inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xidməti ərazidə xidmətdə olarkən **-BN-*** NV tərflərindən saxla işarəsi verilmiş, lakin sürücü tabe olmayaraq ara küçəyə hərəkəti davam etdirmiş, polisin saxla əmrinə tabe olmayaraq Abbas Səhhət xəstəxanası istiqamətində hərəkətə davm etmiş, sürücü tərflərindən saxlanılmışdır. Saxlama zamnı məlum olmuşdur ki, sürücü XXX Şəxs avtomobili sərxoş vəziyyətdə idarə edir. Onu YPX avtomobilinə dəvət etmişlər, o isə polisin qanuna tələbinə tabe olmayaraq uca səslə polisə nalayiq ifadələr işlətmişdi. Onlar sürücünün tabe olmadığını görərək ərazi üzrə xidmətdə olan 4711 çağırışlı avtopatrulu köməyə çağırmışlar. O yenə də öz qanunsuz əməllərinə davam etmişdir. Daha sonra PPX naryadının köməyi ilə sürücü XXX Şəxsfiziki qüvvə tətbiq edilərək PPX maşınına əyləşdirilmiş və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə XXX Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, XXX Şəxs tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokol XXX Şəxs xırda xuliqanlıq etməsi və polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün tərtib edilsə də, həmin vaxt XXX Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı özünün ifadəsi və digər sübutlarla ilə təsdiq olunmuş, lakin sonuncunun ictimai qaydanı pozan hərəkətlər etməsi hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) təsdiq edilmir. Şahidlər ifadə verən zaman verilən suallara cavabında hadisə baş verən zaman gecə vaxtı olduğunu, eyni zamanda ətrafda heç kimin olmadığını bildirmişlər. Eyni zamanda tərtib olunmuş protokolda XXX Şəxs İXM-nin 510 və 535.1-ci maddələrlə təqsirli bilinməsi göstərilsə də hadiəsnin fabulasında məhz hansı hərəkətlərin İXM-nin 510-cu maddəsinin tərkibini yaratdığı göstərilməmişdir. XXX Şəxs həqiqətən də ictimai qaydanı pozması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə XXX Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə XXX Şəxs himayəsində iki azyaşlı uşağının olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, 3-cü qrup əlil olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında protokola XXX Şəxs inzibati xəta hadisəsini törətdən vaxt sərxoş olmasına dair mötəbər sübutlar – sərxoşluğun müayinə edilməsinə dair akt və ya protokol əlavə edilmədiyindən, məhkəmə onun inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirə bilmir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: XXX Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. XXX Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-394/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-394/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver