Məhkəmə qərarları › İş №3(125)-3944/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3944/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3944/2024 26.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, AR FHN X11 Xidməti Gəncə Regional X11 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X14 (VÖEN **********)oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair AR FHN X11 Xidməti Gəncə Regional X11 İdarəsi tərəfindən daxil olmuş porotkola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair AR FHN X11 Xidməti Gəncə Regional X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli MN ******* protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən anbarda xx.xx.2024-cü il tarixdə planlı yanğın texniki müayinə zamanı obyekt sahibi tərəfindən heç bir şərait yaradılmamışdır. Ona görə də X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında AR FHN X11 Xidməti Gəncə Regional X11 İdarəsinin nümayəndəsi X4 inzibat icraat haqqında protokolu müdafiə edərək, ona uyğun izahat verərək, məhkəmədən Şəxs yüksək məbləğdə cəzalandırılmasını və yenidən yoxlama keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, xx.xx.2024- cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi plan üzrə ünvan 1 ünvanında yerləşən anbarda yoxlama aparılması ilə bağlı qərar qəbul edilmişdir. Hər gün həmin ünvana yoxlama aparılmaq üçün getsələr də mühafizə onları idarəyə buraxmamış və müdirin olmadığını bildirmişdir. Ona görə də bu barədə akt tərtib etmişdir. İnzibati icraat aparılan X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında işə şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış -xx.xx.2024-cü il tarixli AKT-dan görünür ki, ünvan 1 ünvanında yerləşən anbarda xx.xx.2024-cü il tarixdə planlı yanğın texniki müayinə zamanı obyekt sahibi tərəfindən heç bir şərait yaradılmamış, yoxlama aktına, eləcə də inzibati xəta haqqında MN ******* nömrəli imza atmaqdan imtina olunmuşdur. -xx.xx.2024-cü il AR FHN X13 Xidmətinin “Yanğın-Texniki Müayinənin aparılması” N 4542 nömrəli qərardan görünür ki, xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək müayinə aparılmışdır. -xx.xx.2024-cü il tarixli N 4542 nömrəli AR FHN X13 Xidmətinin “X1 görünür ki, ünvan 1 ünvanında yerləşən anbarda xx.xx.2024-cü il tarixdə planlı yanxın-texniki müayinə keçirilməsi məqsədi ilə sözü gedən ünvanda olan zaman anbarın sahibi tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməmiş, yoxlama zamanı yaranan suallara cavab verilməmişdir. Sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, ambarlara, satış sahələrinə habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarında olan məktubdan və aktdan görünür ki, Şəxs yoxlama barədə əvvəlcədən məlumatlandılmasın baxmayaraq yoxlama üçün heç bir şərait yaratmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma həm hərkət həm hərəkətsizliklə yerinə yetirilə biləcək inzibati xətadır. X5 əvvəlcədən məlumat verilməsinə baxmayaraq özünün və ya hər hansı səlahiyyətli nümayəndəsinin təyin olmaması və baxış üçün şərait yaradılaaması məhz sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olması hərkətsizliklə törədilmiş inzibati xətadır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-4.1.2-ci maddəsinə əsasən sahibkarın iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına şərait yaratmaq; və həmin qanunun 4- 4.1.3cü maddəsinə əsasən yoxlamanın başladığı və davam etdiyi müddətdə yoxlamada iştirak etmək və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmək vəzifəsi mövcuddur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş sahibkar tərəfindən yoxlama prosesində sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma inzibati xətasını törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Sahibkarlıq sahəsində aparılan yoxlamamların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən anbarın sahibkarı X6r (VÖEN **********) və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1.000 (bir min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar