Məhkəmə qərarları › İş №3(125)-3952/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3952/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3952/2024 01.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə Şəhər üzrə icra idarəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-3357/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 ödənilməsi qət edilmişdir. Borclu Şəxs idarəyə dəvət edilərək borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu imkanı olmadığını əsas gətirərək alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda Şəxs 4548 (dörd min beş yüz qırx səkkiz) manat borcu mövcuddur. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Ülvi Quliyev protokolun məzmununa uyğun çıxış edərək ifadəsində Şəxs əvvəllərdə ödəniş etmədiyinə görə məhkəmə qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib məsuliyyətə cəlb olunduğunu, bundan sonra yığılmış bocdan təxminən 1500 manat ödəniş etdiyini, daha sonra isə Şəxs anası tərəfindən mütamadi olaraq hər ay 100 manat ödənişlər etdiyini və 2024-cü ilin may ayından ödənişlərin olunmadığını bildirmişdir. Borclu özü isə ödəniş etmədiyinin səbəbi kimi problemlərinin olmasını, ruhi dispanserdə müalicə olunmasını əsas gətirmişdir. xx.xx.2023-cü il tarixdə borclunun barəsində axtarış elan edilmiş və 2 saylı polis əməkdaşları tərəfindən idarəyə dəvət edilib qətnamə üzrə borcun ödənilməsi tələb edilmiş və borclu imkanı olmadığını bildirməsinə baxmayaraq borclunun anası 500 manat ödəyəcəyini bildirmişdir. Lakin tələbkar bununla razılaşmadığına görə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuşdur. O, məhkəmə iclasında hakimin sualına cavab olaraq S. Məmmədovun mülkiyyətində olan “Vaz 21074” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun istifadəsində olmadığını və üzərinə həbsin qoyulduğunu bildirmişdir. İfadəsinin sonunda o, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ifadəsində səhhətində problemlər olduğu üçün ödəniş edə bilmədiyini qeyd edərək həftənin 1-ci gününə kimi borcundan 500 manat ödəniş etmək üçün vaxt istəmiş və hər ay aliment pulu ilə birlikdə 100 manat borcundan ödəyəcəyinə dair məhkəməyə söz vermişdir. Məhkəmə iclasında tələbkar Aynurə Məmmədova ifadəsində borcun ödənilməsi üçün vaxt verilməsinə razı olmayaraq borcu tam şəkildə tələb etmiş, əks təqdirdə isə Şəxs inzibati məsuliyyətə cəlb edilməsini və barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Goranboy Rayon Məhkəməsinin 2(045)-3357/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Şəxs xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 110 manat, iki uşaq üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutulub X3 ödənilməsi qət edilmişdir. - 01 noyabr 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-3357/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs aliment alınaraq X3 ödənilməsi qət edilmiş və Şəxs protokolu imza etməkdən imtina etmişdir. - Goranboy Rayon Məhkəməsinin 2(045)-3357/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 10 aprel 2017-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, iki uşaq üçün cəmi 220 manat sabit pul məbləğində aliment Şəxs alınaraq tələbkar X3 ödənilməsi qət edilmişdir. - xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Goranboy Rayon Məhkəməsinin 2(045)-3357/2017 saylı, xx.xx.2017-ci il tarixli icra qeydlərində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Aparılmış icra tədbirləri nəticəsində Şəxs mülkiyyətində “Vaz 21074” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. - xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinin xəbərdarlıq məktublarından görünür ki, Şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar