Məhkəmə qərarları › İş №3(125)-3953/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3953/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3953/2024 04.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərərçəkmiş şəxsin nümayəndəsi X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron rayonu, Xırdalan şəhəri, Rəsul Rza küçəsi döngə1, ev 2-də qeydiyyatda olmaqla Gəncə şəhəri, M.Hacıyev küçəsi ev 16, mənzil 23-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, M.Hacıyev küçəsi ev 16, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 419/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X4 övladı xx.xx.2016-cı il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 10:00-dan 16:00-dək, hər həftənin bazar günü 11:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləməsi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Lakin Şəxs icra sənədi üzrə icra məmurunun tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş lakin Əli-X2 Fuad Nəriman oğlunun uşaqla ünsiyyətini təmin etmir. xx.xx.2024-cü il tarixli izahatında atanın pis vərdişləri və narkotik istifadəçisi olması səbəbindən uşaqla atanı görüşdürməyəcəyini bibildirmişdir Bununla da, borclu Əli-X1 Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 izahatında bildirdi ki, Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləməsi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Lakin Şəxs icra sənədi üzrə icra məmurunun tələblərini yerinə yetirmir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, X4 pis vərdişləri və narkotik istifadəçisi olduğu üçün uşaqla ünsiyyətinə mane olur, onları görüşdürmür.Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X13 bildirdi ki, zərərçəkmiş şəxsin anasıdır. Oğlunun heç bir pis vərdişi yoxdur. İnzibati icraat aparılan şəxs qəsdən uşaqla görüşə mane olur. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin e-2(012)-419/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X4 övladı xx.xx.2016-cı il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 10:00-dan 16:00-dək, hər həftənin bazar günü 11:00dan 18:00-dək ünsiyyətdə olmaq hüququ qət edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-419/2023 saylı xx.xx.2023cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs təqdim edilməklə, ona icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(125)-804/2024 saylı qərardadından görünür ki, Əli-X5 şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətitilməsi qərara alınmışdır. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs işləmir və adına hər hansı bir mülkiyyət yoxdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs himayəsində 15 avqust 2016-cı il tarixli X11 adlı azyaşlı uşağı vardır. Aərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən uşağın atası ilə görüşməsinə maneələr yaradılmış və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, bugünədək edilmiş xəbərdarlıqlara məhəl qoymamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar