Məhkəmə qərarları › İş №3(125)-3954/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3954/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3954/2024 04.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 13542735 nömrəli, xx.xx.2023-cu il tarixli EQ 15918220 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16342634 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16761576 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 17214084 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan X1 tərəfindən verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdi: X1 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 13542735 nömrəli, xx.xx.2023cu il tarixli EQ 15918220 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16342634 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16761576 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 17214084 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1 tərəfindən hazırki şikayətə 20dən çox qərar əlavə edilmişdir. Həmin qərarlardan şikayətə bir məhkəmə icraatında baxılması qeyri mümkündür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə qeyd edir ki, X1 barəsində müxtəlif vaxtlarda qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan bir şikayət ərizəsi verildiyindən və eyni icraatda 20-dən çox inzibati tənbeh vermə haqqında qərara münasibətdə baxılıb fərqli qərarlar qəbul edilməsi mümkün olduğundan həmin qərarlardan verilmiş bir şikayət hər qərara münasibətdə ayrı-ayrı verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 13542735 nömrəli, xx.xx.2023-cu il tarixli EQ 15918220 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16342634 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16761576 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 17214084 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar