Məhkəmə qərarları › İş №3(125)-3956/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3956/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3956/2024 04.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş orqanın nümayəndəsi X2, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxaraq, məhkəmə müəyyənetdi: Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi Şöbəsinin müdiri X1 xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında X7 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmiş və əlavə olaraq hakimin sualına cavab olaraq bildirmişdir ki, barəsində çıxarılmış qərardan təxminən 2-3 ay bundan öncə icra orqanına çağırdıqdan sonra məlumatı olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi Şöbəsinin nümayəndəsi X6 xx.xx.2020-ci il tarixli bildiriş və xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli poçt qəbzlərini məhkəməyə təqdim edərək protokolun tərtib olunması ilə bağlı İlham Mahmudova göndərildiyini, həmçinin İlham Mahmudov bildirişdə imza etməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında işə baxan zamanı müəyyən olunmuşdur ki, X7 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Qeyd edilməlidir ki, məhkəmənin şifahi sorğusuna əsasən təqdim edilmiş xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrasına dair bildiriş icra məmuru tərəfindən xx.xx.2024-cü ildə şikayətçi X4 təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və həmin qərarda barəsində inzibati tənbeh tətbiq edilən şəxsin 10 gün müddətində şikayət vermə hüququnun olması göstərilmişdir. Lakin, X7 həmin qərardan xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da o, qərardan şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu araşdırılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi Şöbəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin baxılmasından imtina edilməli və X4 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin baxılmasından imtina edilsin. X4 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi Şöbəsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar