Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3986/2025 24.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31321910 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayət verərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31321910 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, N.Nərimanov prospekti ərazisində xx.xx.2025-ci il tarixdə idarə etdiyi **-GM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə xüsusi texniki vasitənin köməyi ilə AR İXM-nin 327.1-1-ci maddəsi ilə (elektron qərar) cərimə tətbiq edilmişdir. Protokoldan narazıdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ilə hərəkətdə olarkən ümumi istifadədə olan nəqliyyat vasitəsi - avtobus üçün müəyyənləşdirilmiş zolağın sərhədi digər zolaqlardan qırıq-qırıq xətlərlə ayrıldığı və qarşıdan avtobus gəlmədiyi üçün maneə yaratmadan avtobus zolağına keçərək yolun soluna dönmək istəmişdir. Lakin yolun solunda mağar çadırı qurulduğu üçün dönə bilməmiş, 5-10 metr avtobus zolağı ilə hərəkət etdikdən sonra qayıdaraq öz yolu ilə hərəkət etmişdir. Küçə dar və ensizdir, avtomobili qayda-qanunla idarə etmiş, heç bir qəza vəziyyəti yaratmamışdır. Digər avtomobillər üçün təhlükəli vəziyyət yaratmamaq üçün döngəyə çatmamış avtobus zolağına çıxmışdır. Polis tərəfindən qanun pozuntusuna yol verilərək sözügedən protokol qəbul edilmişdir. Gəncə şəhər DYPŞ-nin ümumi bazaya daxil olaraq videoçəkilişə baxmaq səlahiyyəti yoxdur, kameranın lisenziyası yoxlanılmalıdır. Odur ki, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli, EQ 31321910 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X1 15 oktyabr 2025-ci il tarixdə saat 08:15-də “Toyota Camry" minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri N.Nərimanov prospekti ünvanında 327.1-1, 5.9, 5.10.1 – 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. -İş materiallarında olan foto-şəkillərdən və xüsusi texniki vasitə ilə çəkilmiş videogörüntüdən görünür ki, “Toyota Camry" minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ zolağı ilə hərəkət edir və həmin zolaq qüvvədə olan 5.9 yol nişanı ilə işarələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə–yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsinin İV bəndinə əsasən İV. 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. İş materiallarında olan foto-şəkillərdə və xüsusi texniki vasitə ilə çəkilmiş videogörüntüdə həmin zolağın 5.9 yol nişanı ilə işarələnməsi və X1 həmin zolaqda hərəkət etməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, şikayətçi tərəfindən inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, “Toyota Camry" minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 xx.xx.2025-ci il tarixdə, saat 08:15-də Gəncə şəhəri, N.Nərimanov prospekti ünvanında ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olaraq düzünə hərəkətə davam etmiş, bununla da İXM-nin 327.1-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şikayətində və həmçinin məhkəmə iclasında verdiyi ifadəsində qərardan şikayət vermiş şəxs həmin zolağa daxil olmağa icazə verən qırıq-qırıq xətlər olan hissədən sağa dönmək üçün zolağa daxil olduğunu və sağ tərəfdə mağar çadırı qurulduğunu bildirib təzədən öz zolağına qayıtdığını bildirsə də, məhkəmə fotoşəkillərə və xüsusi texniki vasitə ilə çəkilmiş videogörüntüyə əsasən qeyd etməyi zəruri hesab edir ki, sürücü məhz həmin qırıq-qırıq xətlər olan hissədən ümumi istifadədə olan hərəkət zolağına yalnız sağa dönmək üçün daxil ola bilər, qüvvədə olan yol hərəkəti haqqında qanunvericilik ancaq buna icazə verir. Həmin zolaqda düzünə hərəkət ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur. Lakin sürücü həmin hərəkət zolağına daxil olduqdan sonra düzünə hərəkəti davam etdirmişdir. Bu səbəbdən X2 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarla tam təsdiq olunur. Həmçinin inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs tərəfindən şikayətini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31321910 nömrəli qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130- 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31321910 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3986/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3986/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver