Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3996/2024 07.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, X3 hüquqi şəxs "xxxx" MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş, inzibatı xətanı törətməkdə təqsirli bilinərək 25.000 (iyirmi beş min) manat məbləğində cərimə olunması, müqavildən kənar işlədiyi 23 ay dövr üçün ona dəymiş maddi-mənəvi zərərin əvəzinə 8710 (səkkiz min yeddi yüz on) AZN əsas borc məbləğində təzminat ödənilməsi ilə bağlı qərar qəbul edilməsi barədə verdiyi şikayəti məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqi şəxs "xxxx" MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş, inzibatı xətanı törətməkdə təqsirli bilinərək 25.000 (iyirmi beş min) manat məbləğində cərimə olunması, müqavildən kənar işlədiyi 23 ay dövr üçün ona dəymiş maddi-mənəvi zərərin əvəzinə 8710 (səkkiz min yeddi yüz on) AZN əsas borc məbləğində təzminat ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2018-ci il yanvar ayı tarixində 02 avqust 2023-cü il tarixə qədər "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləmişdir. O, sözü gedən MMC-də yanvar ayından işləməyinə baxmayaraq hüquqi şəxs "xxxx" MMC xx.xx.2019-cu ildən etibarən rəsmi onunla müqavilə bağlamışdır. İşə götürən orqan 23 ay onu əmək müqaviləsindən kənar işlətmişdir. Onun hüquqlarının pozulması ona 16 oktyabr 2024-cü il tarixdə Gəncə Gəncə Şəhər Prokurorluğundan xx.xx.2023-cü il tarixli 67-ix/23 saylı qərarı götürərkən məlum olmuşdur. Bu barədə MMC-nin direktoru X2 zəng etmiş, MMC-nin direktoru onun telefonunu açmayaraq nömrəsini blok etmişdir. Bu barədə MMC-nin baş mühasibi ilə əlaqə saxlamış (***-***-**-**). Onu müqavilədən kənar işlətdikləri barədə baş mühasib X6 ona cavabı o oldu ki, müqavilədən kənar işlətdiyin dövür üçün (yəni 23 ay müddət üçün) ona maddi-mənəvi dəymiş zərəri ödəyəcəklər, bu barədə heç yerə şikayət etməsin. Lakin MMC-nin baş mühasib X11 MMC-nin direktoru kimi onun zənglərinə cavab verməkdən boyun qaçırmışdı. Bu səbəbdən İnzibati Məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Onun MMC-dən müqavilədən kənar işlədiyi MMC-də əmək haqqı kitabında xidmətə girərkən imza atdığı jurnallarda imzaları vardır. Həmin dövrdə əmək haqqını imza ataraq almışıq. Onun 23 ay əmək müqaviləsindən kənar işləməyi MMC-nin direktoru ali təhsilli X1 şəhər prokurorluğunda 67-ix/23 saylı material üzrə izahat verərkən də özü izahatlarında dəfələrlə etiraf edib. Öz izahatında qeyd edib ki, Verdiyev Əbülfəz ’Fəxrədin oğlunu 2018-ci ilin yanar ayından 23 ay müddət müqavilədən kənar işlətmişik. xx.xx.2019-cu il tarixdə işə rəsmi qeydiyyata almışıq. Hüquqi şəxs "xxxx" MMCin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş, inzibatı xətanı törətməkdə təqsirli bilinərək 25.000 (iyirmi beş min) manat məbləğində cərimə olunması, müqavildən kənar işlədiyi 23 ay dövr üçün ona dəymiş maddi- mənəvi zərərin əvəzinə 8710 (səkkiz min yeddi yüz on) AZN əsas borc məbləğində təzminat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli “ inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, 67-ix/23 nömrəli material üzrə X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və qəbul edilmiş qərarın baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X16 Xidmətinin X5 göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmçinin bu Məcəllənin 132-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı: hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aidd olması, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu, vəsatətlərə baxılması, zəruri olduqda ekspertiza təyin edilməsi, əlavə materialların tələb olunması, şikayətə və ya protestə baxılması üçün lazım olan şəxslərin çağırılması, şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protestin bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilməsi məsələləri həll edilir: Beləliklə hesab edirəm ki, X3 şikayət ərizəsi hüquqi şəxs "xxxx" MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinərək 25.000 (iyirmi beş min) manat məbləğində cərimə olunması, müqavildən kənar işlədiyi 23 ay dövr üçün ona dəymiş maddi-mənəvi zərərin əvəzinə 8710 (səkkiz min yeddi yüz on) AZN əsas borc məbləğində təzminat ödənilməsi ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, hazırki şikayət nə İnzibati Xətalar Məcəlləsinin 43-cü nə də 128-ci maddəsi ilə müəyyən edilmiş prosedurun təsiri altına düşmür. Belə olan halda şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 hüquqi şəxs "xxxx" MMC–in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş, inzibatı xətanı törətməkdə təqsirli bilinərək 25.000 (iyirmi beş min) manat məbləğində cərimə olunması, müqavildən kənar işlədiyi 23 ay dövr üçün ona dəymiş maddi-mənəvi zərərin əvəzinə 8710 (səkkiz min yeddi yüz on) AZN əsas borc məbləğində təzminat ödənilməsi ilə bağlı qərar qəbul edilməsi barədə verdiyi şikayət geri qaytarılsın. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3996/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3996/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver