Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-401/2023 03.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərov Firəngiz Elçin qızının katibliyi ilə, Şikayət vermiş X2, Gəncə şəhər DYPŞ Yol Patrul xidməti inspektoru, polis serjantı X3 iştirakları ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN BDYPİ tərfindən qəbul edilmiş EQ ******* nömrəli qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN BDYPİ tərfindən qəbul edilmiş EQ ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi 66-BX- 754 saylı avtomaşını idarə edərkən Gəncə şəhəri Xətai prospektində hərəkətdə olarkən X10 Şöbəsinə məxsus avtomaşınla ona saxla işarəsi verilib. O, isə avtomaşınımı yolun kənarında saxlayaraq X10 əməkdaşının onu hansı səbəbdən saxladığını öyrənmək üçün gözləmiş lakin ona yaxınlaşmadıqlarını görüb maşınımı arxaya verərək polis əməkdaşına yaxınlaşıb ona hansı səbəbdən saxla işarəsi verdiyini soruşmuş. Adı ona məlum olan Gəncə Şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X5 adlı şəxs idarə etdiyi maşında sükanın arxasında oturaqlı vəziyyətdə ona protokol yazacağını söylədi. O, isə hər hansı bir qayda pozuntusu törətmədiyi üçün ona birinci növbədə özünü təqdim etməsini və onun barəsində tərtib etmək istədiyi protokolun əsasız və qanunsuz olduğuinu bildirib. Polis əməkdaşı bildirib ki, avtomaşını idarə edərkən guya piyada keçidində piyadaya yol verməyib. O, belə bir pozuntu törətmədiyini və bununla bağlı hər hansı bir sübutun (kamera) rörüntüsünün təqdim olunmasını xahiş etmiş, lakin polis əməkdaşı onun sözlərinə heç bir məhəl qoymayaraq ona sür get demişdir. O, isə qayda pozmadığımdan əmin olaraq avtomaşınını sürüb həmin ərazidən uzaqlaşdım. Həmin gündən xx.xx.2023-cü il tarixədək mənə cərimə yazılması ilə bağlı sms və yaşadığım ünvana hər hansı bir məlumat daxil olmamışdır. İstifadəmdə olan mobil refonuma yüklədiyim SMSRadar.az proqramına daxil olarkən məlum oldu ki, xx.xx.2022-ci il tarixdə mənə cərimə yazılmış və həmin cərimənin əlavə dəbbə pulu belə gəlmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər DYP şöbəsinə müraciət edərək yazılmış protokolun və qərarın surətinin rəsmi qaydada qəbul etmişdir. Həmin protokolla tanış olduqda məlum olmuşdur ki, Gəncə Şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X5 adlı şəxs onun tərəfindən hər-hansı bir pozuntu törətmədiyi halda qərəzli şəkildə heç bir sübut olmadan barəsində AR İXM-nin 330.0.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokol tərtib edilərkən qanunun tələbi pozulmuş, mənim izahatımı və iradımı rəsmi qaydada protokolda göstərməyinə şərait yaradılmamış və mənim hüquqlarımdan istiafdə etməyimə imkan verilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş xx.xx.2022-cü il tarixli EQ ******* saylı qərarın ləğv edilib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək qeyd olunanların nəzərə alınaraq şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Gəncə şəhər, DYPŞ Yol Patrul xidməti inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, X2 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, videogörüntülər 1 ay müddətinə saxlanılır, ona görə də video görüntülər mövcud deyil. Protokolu şəxs özü qəbul etmədi. Daha sonra ünvanında gönədərildi. Bu barədə poçt qəbzi mövcud deyil. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ tərfindən qəbul edilmiş EQ ******* nömrəli xx.xx.2022-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2022-ci il tarixində saat 12:17-də piyada xətti ilə yolu keçmək istəyən piyadaya yol verməmiş, bu səbəbdən İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 330.0.1-ci maddəsinə əsasən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə -Əlli manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixində saat 12:17-də piyada yolu ilə yolu keçmək istəyən piyadaya yol verməmiş, 330.0.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Məhkəmə iclasında X4 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirirək qeyd etmişdir ki, heç bir qayda pozuntusu etməmişdir. Protokol tərtib edilərkən qanunun tələbi pozulmuş, mənim izahatımı və iradımı rəsmi qaydada protokolda göstərməyinə şərait yaradılmamış və mənim hüquqlarımdan istiafdə etməyimə imkan verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, EQ ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə X2 İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, EQ ******* nömrəli xx.xx.2022-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Gəncə şəhər BPİ-nin X1ytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə şəhər BPİ-nin X1ytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-401/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-401/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver