Məhkəmə qərarları › İş №3(125)-4032/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4032/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4032/2024 16.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun, Məhkəmə iclas katibi X2 Barəsində inzibati icraat aparılan şəxs X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət üzrə məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2024-cü il tarixli EQ 23919431 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X1 Şəhər Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 qərarın ləğv edilməsini bildirmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X6 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 01 oktyabr 2024-cü il tarixli EQ 23919431 nömrəli inzibati tənbeh vermə haqqında qərar X3 yox X4 barəsində qəbul edilmişdir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X6 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan deyil X4 barəsində qəbul edilmiş qərardan şikayət verdiyindən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, şikayət və ona əlavə olunmuş sənədlər X5 geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2024-cü il tarixli EQ 23919431 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar