Məhkəmə qərarları › İş №3(125)-4037/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4037/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4037/2024 15.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, X1 inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhər BPİnin DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 23561477 və xx.xx.2024-cü il tarixli EQ 23986377 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhər DYPş-nin operatoru qeyriqanuni olaraq, öz qulluq mövqeyindən sui-istifadə edərək hərəkətdə olan avtomobilin şəklini sistemə yerləşdirmiş yolun hərəkət hissəsinin kənarında dayanma və ya durma qayda pozuntusu etməsi təəssüratını yaradaraq şəkili sistemə yükləmişdir. Halbuki həmin vaxt heç bir qayda pozuntusu etməmiş və avtomobil hərəkətdə olmuşdur. Məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xəta haqqında qərarlardan verilmiş şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilk öncə onu qeyd edir ki, xx.xx.2024-cü il tarixli EQ 23561477 və xx.xx.2024-cü il tarixli EQ 23986377 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etsə də, qanunvericilikdə müxtəlif vaxtlarda ayrı-ayrı inzibati xəta haqqında işlər üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan bir şikayət ərizəsi verilməsi qaydası nəzərdə tutulmamışdır. Hər bir inzibati tənbeh vermə haqqında qərar həmin inzibati xəta haqqında icraatın nəticəsində qəbul edilir və qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət verilməklə həmin qərar mübahisələndirilə bilər. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X2 barəsində müxtəlif vaxtlarda qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan bir şikayət ərizəsi verildiyindən və eyni icraatda 2 inzibati tənbeh vermə haqqında qərara münasibətdə baxılıb fərqli qərarlar qəbul edilməsi mümkün olduğundan, məhkəmə hesab edir ki, qərarlardan verilmiş şikayət hər qərara münasibətdə ayrı-ayrı verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109.1.6, 126, 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X1 onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23561477 və xx.xx.2024cü il tarixli EQ 23986377 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar