Məhkəmə qərarları › İş №3(125)-4039/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4039/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4039/2025 06.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs mülkiyyətində (istifadəsində) olan “Khazar” minik markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşmaqla pozuntuya yol vermişdir. Bunun nəticəsində hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs qanuni təmsilçisi X5 izahatında bildirdi ki, məhkəməyə təqdim edilmiş AR DİN-in Gəncə DYP-in İdarəsinin rəisi polkovnik leytenant Eldəniz Həsənova ünvanlanmış 03 mart 2025-ci il tarixli, 3-34-23/2-20/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək Şəxs mülkiyyətində olan ** AA *** dövlət qeydiyyatlı (KHAZAR-SD markalı) avtomobili idarə edən X1r. Lakin Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin dəftərxana əməkdaşı tərəfindən həmin məktub sistemə daxil edilmədiyi üçün məktubun onlarda olmadığını iddia edirlər. Buna baxmayaraq polis şöbəsinin dəftərxana əməkdaşı məktubu itirdiyini etiraf etmişdir. Həmin məktub Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin əməkdaşına təqdim edilsə də, poçt vasitəsilə göndərilmədiyi üçün həqiqətən göndərilməni təsdiq edən heç bir sübutları yoxdur. Belə ki, inzibati xəta törədildikdən sonra bütün müvafiq cərimələr ödənilmişdir, bunu təsdiq edən qəbzləri də məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokol onlara məlum olduqdan sonra elektron imza vasitəsi ilə imzalanmış nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatı xx.xx.2025-ci il tarixdə elektron sənəd dövriyyəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərmişlər. Ona verilən suallara cavab olaraq bildirdi ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın verilməsi barədə məlumat müvafiq poçt xəbərnaməsinə əsasən hüquqi şəxsin əməkdaşı tərəfindən qəbul edilmiş, lakin 03 mart 2025-ci il tarixli məktubla nəqliyyat vasitəsini idarə edən şəxs barəsində illik məlumat verildiyi üçün həmin məktuba cavab verilməsi zərurəti görülməmişdir. İdarənin sərəncamında bir ədəd nəqliyyat vasitəsi mövcuddur, sürücü ştatında işləyən X3 məlumatda göstərdikləri dövrdə xəstələnərsə və ya digər üzrlü səbəblərdən avtomobil idarə edə bilməzsə, avtomobili idarə etmək səlahiyyəti yalnız özünəməxsusdur. 2024-cü ildə də bu ilki qaydada Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumat vermiş, heç bir problem yaranmamışdır. Lakin Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin əməkdaşının səhlənkarlığı ucbatından hazırkı vəziyyət yaranmışdır. Odur ki, sonda qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş mаteriаllаrındа оlаn və məhkəmə bаxışındа tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Daxili İşlər Nazirliyinin “DYP Web” Portalından çıxarışdan məlum olur ki, Şəxs mülkiyyətində (istifadəsində) olan “Khazar” minik markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 18:19-da İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilmiş və inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın verilməsi xahiş olunmuş, bu məlumatın verilməməsinə görə İnzibаti Xətаlаr Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. - Poçt xəbərnaməsinin surətindən məlum olur ki, Şəxsnə ünvanlanmış məktub xx.xx.2025-ci il tarixdə “X4” adlı şəxs tərəfindən imza edilməklə hüquqi şəxs tərəfindən qəbul edilmişdir. - Şəxs AR DİN-in Gəncə DYP-in İdarəsinin rəisi polkovnik leytenant Eldəniz Həsənova ünvanlanmış 22 iyul 2024-cü il tarixli, 3-34-23/2-150/2024 nömrəli məktubundan görünür ki, Şəxs mülkiyyətində olan ** AA *** dövlət qeydiyyatlı (KHAZAR- SD markalı) avtomobil idarə edən (xx.xx.2024-xx.xx.2024) X1r. - Şəxs AR DİN-in Gəncə DYP-in İdarəsinin rəisi polkovnik leytenant Eldəniz Həsənova ünvanlanmış 03 mart 2025-ci il tarixli, 3-34-23/2-20/2025 nömrəli məktubundan görünür ki, Şəxs mülkiyyətində olan ** AA *** dövlət qeydiyyatlı (KHAZAR-SD markalı) avtomobil idarə edən (xx.xx.2025-xx.xx.2025) X1r. - Şəxs AR DİN-in Gəncə DYP-in İdarəsinin rəisi polkovnik leytenant Eldəniz Həsənova ünvanlanmış 20 oktyabr 2025-ci il tarixli, 3-34-23/2-174/2025 nömrəli məktubundan görünür ki, Şəxs mülkiyyətində olan ** AA *** dövlət qeydiyyatlı (KHAZAR- SD markalı) avtomobil idarə edən (xx.xx.2025-xx.xx.2027) X1r. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi 03 mart 2025-ci il tarixli məktubla nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatı Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin əməkdaşına təqdim etdiyini bildirsə də, həmin məktubun Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Ona görə də Şəxs barəsində Аzərbаycаn Respublikаsının İnzibаti Xətаlаr Məcəlləsinin 347-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Аzərbаycаn Respublikаsının İnzibаti Xətаlаr Məcəlləsinin 123.1-123.3-cü maddələrinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci mаddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar