Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4048/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, "xxxx" MMC-nin İcra orqanının rəhbəri Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1118/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMCdən 4150 manat və 20 manat dövlət rüsumu alınaraq X4 ödənilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3247/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 58780 manat alınaraq X5 ödənilməlidir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 1399513,89 manat və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 53768,78 manat və 30 manat dövlət rüsumu alınaraq X2 ödənilməlidir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1245/2020 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 100.000 manat və ya 125.000 ABŞ dolları, 30.000 manat və 20 manat dövlət rüsumu alınaraq X7 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" MMC-nin İcra orqanının rəhbəri Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Belə ki, borclu "xxxx" MMC-nin İcra orqanının rəhbəri Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Bu günə borc 246938,51 manat təşkil edir. Borclu "xxxx" MMC-nin İcra orqanının rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-255/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən inzibati qaydada 1200 manat cərimə olunmuşdur. Şəxs tərəfindən həmin qərar bugünədək icra olunmamışdır. Göstərilənlərə əsasən borclu "Gəncə 2500” MMC-nin İcra orqanının rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədlərini könüllü icra etməsi üçün vaxt verilməsinə, o cümlədən il ərzində bir dəfə də İXM-nin 528.1-ci maddəsi ilə tənbeh olunmasına baxmayaraq, icra sənədlərini icra etməmişdir. O, hazırda tələbkarlarla heç bir razılıq əldə etməmiş və icra sənədlərini icra etmək niyyəti də yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, "xxxx" MMC-nin direktorudur. MMC-yə aid icra sənədlərindən xəbərdardır, bu barədə icra məmuru onu məlumatlandırmışdır. Qeyd edilən məbləğləri təmin etmək üçün binanın qeyri-yaşayış sahəsinə çıxarış alınmasını gözləyirlər və bu təxminən bir ay ərzində həll olunmalıdır. Əlavə olaraq bildirdi ki, "xxxx" MMC-nin bank hesablarına məhdudiyyət qoyulduğu üçün hazırda heç bir ödəniş etmək mümkün deyildir. O cümlədən qeyd edilən icra sənədləri üzrə borclar "xxxx" MMC tərəfindən ödənilməlidir. Hazırda məhkəmə qərarlarının icrası ilə bağlı tələbkarlarla danışıqlar aparılır və qısa müddət ərzində razılıq əldə edilməsi gözlənilir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1245/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" MMC-dən tikintiyə görə ödənilən 100.000 AZN və ya 125.000 ABŞ dolları, 30.000 manat və 20 manat dövlət rüsumu tutularaq X7 ödənilməsi qət edilmişdir. İş materiallarında olan icra sənədində yanlışlığın aradan qaldırılması haqqında xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, 08 fevral 2023-cü il tarixdə verilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1245/2010 saylı, xx.xx.2010cu il tarixli icra sənədində “Gəncə-2005 MMC” sözləri “Gəncə 2500 MMC” kimi oxunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, "xxxx" MMC-yə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1245/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3247/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Gəncə 2500 MMC-dən 58780 manat alınaraq X5 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə-2500 MMCyə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3247/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, ******* manat 89 qəpik əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə-2500 MMCyə Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi qət etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(044)-180/2022 saylı qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddianın təmin edilməsi, iddiaçı X6 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21 saylı müqavilənin ləğv edilməsi, cavabdehlər "xxxx" MMC-dən və X1 müştərək qaydada 53768.78 (əlli üç min yeddi yüz altmış səkkiz manat yetmiş səkkiz qəpik) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçı X2 verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qət etdi: Apellyasiya şikayətinin təmin edilməsi, bu iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(044)-180/2022 saylı qətnaməsi - X1 müştərək qaydada 53768.78 (əlli üç min yeddi yüz altmış səkkiz manat yetmiş səkkiz qəpik) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçı X2 verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbi cavabdeh X3 aid hissədə-təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə-2500 MMCyə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 05 gün vaxt verilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1118/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 4150 manat pul alınaraq X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə-2500 MMCyə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1118/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1118/2011 saylı, xx.xx.2011-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3247/2019 saylı, xx.xx.2019-cu il tarixli, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1423/2022 saylı, xx.xx.2022-ci il tarixli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1245/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-255/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1118/2011 saylı, xx.xx.2011-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3247/2019 saylı, xx.xx.2019-cu il tarixli, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1423/2022 saylı, xx.xx.2022-ci il tarixli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1245/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnamələrinin qəbul edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş qətnamələrin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs tələbi icra sənədləri ilə müəyyən edilmiş qaydada icra etməyərək icra sənədlərinin icrasından yayınmış və tələbkarlarla tələbin icrası ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Repubilkası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs vəzifəli şəxs kimi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin direktoru Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-4048/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4048/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver