Məhkəmə qərarları › İş №3(125)-4049/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4049/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4049/2024 22.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, X5 haqqında qərardan şikayət vermiş X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24482368 nömrəli X5 haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24482368 nömrəli X5 haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi KİA K7 markalı ** DD *** dövlət nömrə nişanlı dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə guya onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan qayda pozuntusuna yol verməyi barədə X5 Haqqında EQ 24482368 saylı xx.xx.2024-cü il tarixli qərar qəbul edildi və dəfələrlə müraciət və tələb etdikdən sonra həmin qərar ona təqdim edildi. Qərar əsasında AR İXM-nin 327.4-cü maddəsi ilə 150 manat cərimə olunmuşdur. Onu qeydiyyata alan texniki vasitə təhlükəsiz şəhər stansiyasıdır ve həmin stansiyada kameralar yalnız müşahidə aparmaq və ümumi olaraq şəhərin təhlükəsizliyini təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Avtomat rejimində inzibati xəta qeydə almaq funksiyasına malik deyil. Hesab edir ki, ona tədbiq olunan elektron qərar müşahidə kamerasının müşahidə monitorundan əldə olunan məlumat əsasında tədbiq olunmuşdur, buda qanunsuzdur. Belə ki, inzibati protokolun tərtib olunması pozuntularla həyata keçirilmişdir. Bundan əlavə cərimənin qeydə alındığı tarix də səhv qeyd olunmuşdur. Bütün bunlar sübut edirki tərtib olunan protokol qeyri ixtiyarı şəkildə hazırlanmış və heç bir qanuni əhəmiyyət daşımır. Azərbaycan Respublikası İXMnin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbələri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM 81.1 və 81.2-ci maddələri, həmçinin İXM 99.1.1-ci maddəsi və İXM 100.1.8 maddəsi açıq şəkildə göstərirki xüsusi texniki vasitə sertifikatdan keçməli, onun təyinatı açıq şəkildə göstərilməlidi onuda nəzərinizə çatdırım ki, müşahidə kameraları sertifıkatlaşma təyinatı yalnız müşahidə aparmaqdır cərimə yazmaq deyildir. Bununla İqtisadiyyat Nazirliyi sertifikatlaşmanı həyata keçirdən quruma sorğu verə bilərsiz və onuda deyim ki, Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyası yuxarıdakılar baxımından pozulub. Qeyd: Müşahidə kamerasına hərkəs baxa bilməz ve onlara baxmaq üçün xüsusi ayrılmış şəxslər mövcuddur, müvafiq icra hakimiyyəti orqanında həmin şəxslərin qeydiyyatı aparılır. Bu kameralar vasitəsi ilə cərimələr tədbiq olunursa, həmin kameranın sertifikatı təyinat izahı ona təqdim edilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli EQ 24482368 nömrəli X5 haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, o maşını təktərəfli hərəkət istiqamətinin əksinə idarə etmişdir. Lakin pozuntu düzgün qeydə alınmamışdır. Ona görə də xx.xx.2024-cü il tarixli EQ 24482368 nömrəli X5 haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə məlumat verilsə də nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən X5 haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli EQ 24482368 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə, onun barəsində 150 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş foto və video görüntüdən görünür ki, KİA K7 markalı ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan görünür ki, KİA K7 markalı ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şikayətçi məhkəmə iclasında həmin xətanı törətdiyini etiraf etmiş, lakin düzgün qeydə alınmadığını bildirərək inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş foto və video görüntüdən aydın olur ki, inzibati xətanın törədildiyi yolda X3 birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş və qanunvericiliyin tələbini pozmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X2 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24482368 nömrəli X5 dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24482368 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar