Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4059/2024 16.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri Y.H.Əliyev qardaşları küçəsi, Yataqxana ev 8, mənzil 39A-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 16 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus 500 manat pulun beh kimi alaraq və verdiyi vədinə əməl etməyərək həmin pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki. o qapı düzəldilən sexdə satıcı kimi işləyir. O, pulu götürüb müdirinə vermişdir. Sonra müdirini görməmiş və əlaqə saxlaya bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, qapını almağa onun yoldaşı getmişdir. Yoldaşı tərəfindən pul məhz Şəxs verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, qapı almaq üçün mağazaya getmiş və orada özünü satıcı kimi təqdim etmiş Şəxs 500 manat pul vermişdir. Lakin Şəxs pulu götürdükdən sonra qapıları təhvil verməmişdir. Həmin yerə getdikdə isə artıq işləmədiyini mağazanın bağlı olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, yuxarıda qeyd olunan əməli törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilmiş, vətəndaşların şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus 500 manat pulun beh kimi alaraq və verdiyi vədinə əməl etməyərək həmin pulu dələduzluq yolu ilə ələ keçirmiş Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, baş vermiş hadisə ilə əlaqədar İXM-nin 104.1.3-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli ********** nömrəli qərardaddan görünür ki, pulu ələ keçirmiş şəxsin Şəxs olduğu müəyyən edildiyindən iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin və şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-nin 38.5-ci maddəsinə əsasən yalnız inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin iş materillarında olan qərardan görünür ki, iş üzrə icraatın dayandırılmasına əsas şəxsin qaçıb gizlənməsi deyil, inzibati icraat aparılan şəxsin müəyyən edilməməsi olmuşdur. Materiala əlavə edilmiş 16 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus 500 manat pulu dələduzluq yolu ilə keçirilmişdir. Həmin hadisə üzrə araşdırma aparılmış və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, şəxsin müəyyən edilməsi və inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İşin hallarından görünür ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edildiyi tarixindən yəni xx.xx.2024-cü il tarixdən 3 ay müddət keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də, Şəxs barəsində tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol üzrə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin protokol üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-4059/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4059/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver