Məhkəmə qərarları › İş №3(125)-4060/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4060/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4060/2024 16.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X7, zərərçəkmiş şəxs X2, zərərçəkmiş Allahverdiyeva (Məmmədova) Fəridə Rüstəm qızının etibarnamə üzrə nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3365/2024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs 03 aprel 2023-cü il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq göndərilmişdir. Aparılmış tədbirlər nəticəsində borclunun 80 manat aylıq pensiya aldığı məlum olmuş lakin borcluya məxsus heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Belə ki, icra sənədi üzrə aliment borcu inkasso sərəncamı vasitəsilə borclunun aylıq pensiyasının 70 faizinə yönəlmişdir. Tələbkar Allahverdiyeva (Məmmədova) Fəridə Rüstəm qızının etibarnamə üzrə nümayəndəsi X3 xx.xx.2024-cü il tarixli ərizə ilə Gəncə şəhəri üzrə İcra idarəsinə müraciət edərək, icra sənədi üzrə borclu Şəxs 1950 manat aliment borcu olduğunu bildirmiş və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs qeydiyyatda olmaqla, yaşadığı ünvan 2 ünvanda tapmaq tərəfimizdən mümkün olmamışdır. Faktla bağlı xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Odur ki, borclu Şəxs barəsində borclunun axtarılması haqqında qərar qəbul edilərək, icra olunması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə göndərilmişdir.İcra işi ilə bağlı borclu Şəxs Gəncə şəhəri üzrə İcra idarəsində xx.xx.2024-cü il tarixli izahatı alınmış, borclu izahatında heç bir yerdə işləmədiyini qeyd edərək, icra sənədi üzrə hər ay cəmi 200 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-3597/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən sözügedən inzibati xəta haqqında protokola xitam verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs xx.xx.2024-cü il tarixdə xəbardarlıq məktubu təqdim olunmuşdur. Borclu Şəxs Gəncə şəhəri üzrə İcra idarəsinə dəvət olunaraq, xx.xx.2024-cü il tarixli izahatı alınmış, borclu izahatında hər ay 160 manat aliment pulu ödəməklə yanaşı, 40 manat yığılmış aliment borcu olmaqla, hər ay cəmi 200 manat ödəniş etdiyini qeyd etmiş və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə aliment borcundan 43 manat ödədiyini bildirmişdir. Tələbkar Allahverdiyeva (Məmmədova) Fəridə Rüstəm qızının etibarnamə üzrə nümayəndəsi X3 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış, sonuncu öz növbəsində icra sənədi üzrə borclunun 1818 manat yığılmış aliment borcu olduğunu bildirmiş və yığılmış aliment borcunun tam şəkildə ödənilməsi istiqamətində borclu Şəxs barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Belə ki, borclu Şəxs barəsində icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, lakin borclu yığılmış aliment borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu vaxtı-vaxtında ödəmir. Əvvəllər şəxsin barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilsə də iş üzrə icraata xitam verilmişdir. Hal-hazırda protokolda İXM-nin 528.1-1-ci maddəsi yalnlışlıqla qeyd edilmişdir. Odur ki, Şəxs İXM-528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı tələbin könüllü icrası bardə bildiriş ona xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. İcra sənədi üzrə aliment isə xx.xx.2023-cü il tarixdən hesablanır. Tələbin könüllü icrası barədə bildiriş təqdim edildikdən sonra yığılmış borcunu birdəfəlik ödəməyə imkanı olmasa da əvvəlki borcundan ödənişlər etmişdir. O, borcunu ödəməkdən yayınmır. 03 oktyabr 2024-cü il tarixində 300 manat ödəniş etmiş və məhkəmədə onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclası zamanı da hər ay 200 manat ödəniş edəcəyini bildirmişdir. Noyabr ayı üçün 200 manat ödəniş etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Allahverdiyeva (Məmmədova) Fəridə Rüstəm qızı izhatında bildirdi ki, yığılmış aliment borcunun birdəfəlik ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş Allahverdiyeva (Məmmədova) Fəridə Rüstəm qızının etibarnamə üzrə nümayəndəsi X3 icra sənədi üzrə borclunun 1818 manat yığılmış aliment borcu olduğunu bildirmişdir. O həmçinin bildirmişdir ki, oktyabr ayında 300 manat, noyabr ayında isə Şəxs borcundan 200 manat ödəniş etmişdir.Lakin bütün ödənişi birdəfəlik tələb edirlər. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-3365/2024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs 03 aprel 2023-cü il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 ödənilməlidir. İş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3365/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs oğlunun barəsində AR üzrə axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-3597/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-3597/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsi halı müəyyən edilməmişdir. Eyni zamanda Şəxs Gəncə Şəhər Məhkəməsinin 3(125)-3597/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə icraata xitam verildiyi vaxtdan sorakı 01 ay müddətində 200 manat ödəniş etmişdir. Bu hal zərərçəkmiş şəxsin nümayəndəsinin və inzibati icraat aparılan şəxsin izahatı ilə öz təsdiqini tapır. Qalan hissəsini də ödəyəcəyini bildirmişdir. Lakin bütün bu hallara baxmayaraq onun qalan borcu üzürsüz səbəbdən ödəməməyi ilə bağlı icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olubolmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Göründüyü kimi, borclu Şəxs nəinki icra sənədini üzrsüz səbəbdən icra etmir, əksinə o, Gəncə Şəhər Məhkəməsinin 3(125)-3597/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə icraata xitam verildiyi vaxtdan sorakı 01 ay müddətində 200 manat ödəniş etmişdir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, inzibati icraat aparılan şəxs Şəxs borcunu ödəmək niyyətindədir və bu niyyəti onun mütəmadi ödənişlər etməyi ilə öz təsdiqini tapır. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar