Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4065/2025 05.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Umud oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, xx.xx.2025-ci il tarixli EQ 31199797 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 (yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli EQ 31199797 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025 tarixdə Gəncə şəhəri, Atatürk prospektində hərəkətdə olarkən Atatürk prospekti ilə İ.Qayıbov küçəsinin kəsişməsində işıqfora yaxınlaşarkən nəzarət kamerası tərəfindən 100 manat məbləğində cərimə edilmişdir. Barəsində tətbiq edilmiş cərimənin əsassız olmasını, yəni həmin hərəkət etdiyi yolda qırıq-qırıq xətlərin olmasını nəzərə alaraq cərimənin silinməsi düzgün hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2025-ci il tarixli EQ 31199797 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 izahat verərək bildirdi ki, barəsində cərimə tətbiq edilmiş yolda nişanlanma xətləri düzgün vurulmamışdır. Həmin yolda qırıq-qırıq xətlər olduğu üçün o ötmə əməliyyatı etmişdir. Daha sonra həmin qırıq-qırıq xətlər tədricən böyüyür və daha sonra isə bötüv düz xətlə əvəz edilsə də, həmin vaxt yolun sağ istiqamətində maşınlar dayandığından həmin yola keçə bilməmiş və nəticədə barəsində cərimə tətbiq edilmişdir. Əgər həmin yolda nişanlanma xətləri düzgün vurulsa və işıqfora azı 75-80 metr qalmış məcburi hərəkət istiqaməti nişanı -düzünə hərəkət nişanı olsa, sürücülər də qayda pozuntusuna yol verməzlər. Belə olmadığı təqdirdə həmin nişanlanma xətti əsasında manevr etmə həmçinin qəza təhlükəsinin yaranmasına da səbəb olur. Ümumilikdə, həmin yolda sürücüyə xəbərdarlıq etmək üçün düzgün nişanlanma olmalıdır. İzahatının sonunda qeyd edilənləri nəzərə alaraq barəsində xx.xx.2025-ci il tarixli EQ 31199797 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X1 şəhəri, Atatürk prospektində, xx.xx.2025-ci il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması) inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2025-ci il tarixli EQ 31199797 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi xx.xx.2025-ci il tarixli EQ 31199797 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. X3 şikayətində inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmiş vaxtda və yerdə qayda pozuntusu etməsinə görə cərimə edilməsinin əsassız olduğunu qeyd etsə də, inzibati xəta törətməsi inzibati tənbeh vermə haqqında elektron qərarla tam təsdiq olunur. Belə ki, inzibati xəta törədilən ərazidə - yolda olan qısa qırıq xətlərin uzunluğu və ara məsafəsi yavaş-yavaş azalır, yəni əvvəl uzun və aralı olan qırıq xətlər tədricən daha qısa və daha yaxın vəziyyətdə çəkilib. Bu hal sürücüyə əvvəlcədən xəbərdarlıq edir ki, ötmə əməliyyatını qadağan edən bütöv xətt başlayır. Qeyd edilənlərə əsasən isə qərardan şikayət vermiş şəxs yolun bütöv xətt çəkilmiş hissəsinə çatana qədər hərəkətdə olduğu yolun sol zolağından sağ zolağına keçməklə hərəkətini davam etdirməli idi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, X2 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli EQ 31199797 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130- 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair xx.xx.2025-ci il tarixli EQ 31199797 nömrəli elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-4065/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4065/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver