Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4067/2025 22.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci polis şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, 21 oktyabr 2025-ci il tarixdə “Toyota” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomovbilin sürücüsü Şəxs qayda pozduğu üçün saxlanılarkən aqressiv şəkildə səs-küy salmış və nalayiq ifadələr işlətmiş, Narkoloji Dispanserdə müayinə zamanı onun TML (tramal), MTD (metadon) və PQB (preqabalin) istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Gəncə şəhər 1-ci polis şöbəsinin İTB-nin sahə rəisi X3 çıxışında bildirmişdir ki, protokolu təhqiqat bölməsinin qərarı əsasında tərtib etmişdir. Belə ki, Şəxs avtomobillə hərəkətdə olan zaman manevr qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmış daha sonra isə hadisə yerindən qaçıb Beynəlxalq xəstəxanaya girmiş və uca səslə nəlayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, o tabe olmamışdır. Daha sonra Şəxs narkotik vasitədən istifadə etməsində şübhəli olduğu üçün narkoloji müayinədən keçirilmiş və onun sidiyində metadon, travmal, preqabalin kimi narkotik vasitələr aşkar edilmişdir. Sonda protokolun təmin olunmasını və Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, himayəsində bir azyaşlı övladı var, narkotik vasitələrdən son vaxtlardır ki, ara bir istifadə edir. Belə ki, həmin dərmanların adını bildiyinə görə ağrıkəsici kimi alıb qəbul etmişdir. O, dünən X1 arxasında müştəri düşürdən zaman polis əməkdaşlarıda saxla əmrini verib ona yaxınlaşmışlar, onlardan səbəbini soruşduqda “gözlə, gəlirlər” deyə bildirdikdə o, qorxub qaçmış və Beynəlxalq xəstəxananın içinə daxil olmuşdur. O, tutulacağından qorxduğu üçün polislərdən qaçdığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq polis nəfəri Mürşüdün onu dəfələrlə təhdid etdiyini bildirmiş və ona görə qaçdığını etiraf etmişdir. İfadəsinin sonunda əməlindən peşman olmasını, birdə belə səhvə yol verməyəcəyini bildirərək barəsində yüngül inzibat tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 çıxış edərək bildirmişdir ki, barəsində icraat aparılan Şəxs manevr qaydasını pozduğuna görə qarşıdakı ekipaj yoldaşına efir vasitəsi ilə avtomobili saxlamasını və həmin əraziyə yaxınlaşaçağını bildirmişdir. Yaxınlaşdıqda isə vətəndaş Şəxs və onun rxasınca PPX-nin əməkdaşının qaçdığını görmüşdür. Daha sonra F. Vəliyev X1 içərisinə daxil olmuş və əlindəki kəsici alət rezakla boğazına dirəyib “yaxınlaşan olsa özünü kəsəcəm” demişdir. Həmin vaxt orda olan polis əməkdaşları Şəxs yaxınlaşıb əlindki kəsici aləti alıb sakitləşməyə çalışmış və avtomobilə mindirib müayinə olunması üçün Narkoloji Dispanserə aparmışlar. İş materiallarında olan: - 21 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Toyota” minik markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - 22 oktyabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM 206, 333-1 və 510-cu maddələrinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nə göndərilmişdir. - Gəncə şəhəri Narkoloji Dispanserinin 21 oktyabr 2025-ci il tarixli 1674 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan tramadoldan sui – istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - 21 oktyabr 2025-ci il tarixli, 3636/2025 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktındann görünür ki, Şəxs sidik analizində narkotik TML (tramal), MTD (metadon) və PQB (preqabalin) aşkar edilmişdir. - 21 oktyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs həmin gün saat 16:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq, ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin narkotik vasitə istifadə etməsi, beləliklə, İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün izahatı, şahid ifadələri, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in üç müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4067/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4067/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver