Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4089/2024 28.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızı, Şəxs оğlunun Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)- 4089/2024 nömrəli qərarına xitam verilməsi ilə bağlı vəsatətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-4089/2024 nömrəli qərarı ilə Şəxs оğlu EQ 22153499 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən ona təyin edilmiş inzibati cəriməni qərarın qüvvəyə mindiyi tarixdən 3 ay müddətində icra etmədiyinə görə Аzərbaycan Rеspublikası İnzibаti Хətаlаr Məcəlləsinin 529.3-cü mаddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə vəsatətlə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-4089/2024 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 22153499 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə Şəxs оğlu Аzərbаycаn Rеspublikаsı İХM-in 327.1-ci mаddəsinə əsаsən 40 (qırx) manat məbləğində inzibаti cərimə еdilmişdir. Vəsatətə əsasən cərimənin ödənilməsi “Asanpay” ödəniş sistemi vasitəsilə yoxlanarkən Şəxs tərəfindən EQ 22153499 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən tətbiq edilmiş 40 manat cərimə məbləği və ona hesablanmış 24 manat dəbbə pulunu, cəmi 64 manat ödəmişdir. İnzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edirəm ki, hazırki inzibati xəta haqqında iş üzrə qərara xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Qeyd olunanlara əsasən, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-4089/2024 nömrəli qərarına xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-4089/2024 nömrəli qərarına xitam verilsin. Hakim: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4089/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4089/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver