Məhkəmə qərarları › İş №3(125)-4093/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4093/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4093/2025 24.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, o, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bu protokol tərtib edir ondan ötrü ki, xx.xx.1977-ci il Gəncə şəhərində anadan olmuş, AR-nın vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan borclu Şəxs Azərbaycan Respublikası Gəncə şəhər məhkəməsinin 2(125)-541/2025 nömrəli, xx.xx.2025-ci il icra sənədinə əsasən borclu Şəxs 1339 manat əsas, 148 manat faiz, 13 manat cərimə borcu olmaqla, cəmi 1500 (min beş yüz) manat borc alınaraq tələbkar "xxxx" MMC-yə ödənilsin edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq tərəflərindən borcluya təqdim edilmişdir. Borcluda tələbin yönəlməsi üçün əmlak və gəlirlərlə bağlı elektron icra informasiya sisteminə sorğular verilmiş və borcluda tələbin yönəlməsi üçün əmlak və gəlir aşkar edilməmişdir. Borclu borcunun olmadığını övladının pensiya kartının tələbkarda olduğunu və borcunun bitdiyini izahatında qeyd edir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş borclu tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Borclu icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X6 protokolun məzmununa uyğun ifadə verərək Şəxs barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında qarşı tərəfə borcunun olmadığını qeyd etmişdir. O, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-5412025 saylı qətnaməsindən narazı olduğunu, hüquqi savadı olmadığından qətnamədən apellyasiya qaydasında şikayət vermədiyini, hazırda isə qətnamə üzrə borcunu ödəməyəcyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati protokolun icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X4 çıxışında bildirmişdir ki, Şəxs qətnamə ilə razı olmadığı üçün ödəniş etmir. Onun hərəkətlərində heç bil qərəz olmadığı üçün protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-541/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs tələbi icra etmir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-541/2025 nömrəli qətnaməsindən görünür ki,cavabdeh Şəxs oğlundan 1339 manat əsas, 148 manat faiz, 13 manat cərimə borcu olmaqla, cəmi 1500 (min beş yüz) manat borc alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin edilmişdir. - xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru, X6 xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinin 2(125)-541/2025-009 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2025-ci il tarixli 8(125)-642/2025 saylı Gəncə Şəhər Məhkəməsinin qərardadına əsasən Şəxs xx.xx.2025-ci il tarixli e-2(125)-541/2025 nömrəli icra sənədi üzrə borclu xx.xx.1977-ci ildə Basarkeçər rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Gəncə şəhər üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Borclunun Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatlardan görünür ki, onun heç bir borcu yoxdur, onun borcunu övladının pensiya kartından çıxardıqlarını və əsassız şəkildə məhkəməyə verdiklərini bildirmişdir. O, heç bir ödəniş etməyəcəyini və borcunun olmadığını bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli 141№li qərar nəzərə alınmaqla hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat miqdarında müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 44 (qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 44 (qırx dörd) manat məbləğində pul ödənilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar