Məhkəmə qərarları › İş №3(125)-4098/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4098/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4098/2025 17.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, X17 katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X4 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs "X14" MMC xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək və onun adından qərar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X11 tərəfindən xx.xx.2025-ci il tarixdə Gəncə şəhər, X21 prospektində yerləşən "X14" MMC-də həkim cərrah vəzifəsində işləyən qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi qüvvədə olmayan X7 MMC-yə burun çəpər əyriliyi, xarici burun deformasiyası diaqnozu ilə müraciət etmiş xəstə X2 burun korreksiyası plastik əməliyyatını icra etməsi üçün praktik tibb fəaliyyətinə buraxılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməlidir. Qeyd olunanlar X5, X6, Hacıyev İnayət isa oğlunun izahatları, epikriz, AR Səhiyyə Nazirliyindən daxil olmuş məktub, "X3 Sisteminə baxış keçirilməsi haqqında" protokolla sübuta yetirilir. Material üzrə araşdırma zamanı izahatı alınmış X11 bildirmişdir ki, 2020-ci ildən “X10” direktor vəzifəsində işləyir. Rövşən Babayev direktoru olduğu müəssisədə həkim kimi çalışır. Rövşən Babayevin plastik əməliyyatların həyata keçirmək üçün lisenziyasının ləğv olunması barədə heç bir məlumatı olmamışdır. Belə ki, müəsissəyə rəsmi olaraq heç bir bildiriş daxil olmamışdır. Bununla bağlı Rövşən Babayev 2025-ci ilin avqust ayının ortalarınadək plastik əməliyyat icra etmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış X13 bildirmişdir ki, o “X10” plastik cərrah kimi işləyir. Əvvəllər plastik əməliyyat icra etməsi üçün müvafiq lisenziyası olmuşdur. Lakin 2025-ci ilin aprel ayında həmin lisenziya Səhiyyə Nazirliyi tərəfindən ləğv olunmuşdur. 2025-ci ilin avqust ayında vət. Ədib Vəliyev ona müraciət edərək çəpər əyriliyindən əməliyyat olmaq istədiyini bildirmişdir. O, Ədib Vəliyevin təklifi ilə razılaşmış, Ə.Vəliyev xəstəxanaya ödəniş etdikdən sonra xx.xx.2025-ci il tarixdə sonuncunu əməliyyat etmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış Hacıyev İnayət isa oğlu bildirmişdir ki, təxminən 2024-cü ildən “X10” baş həkim vəzfiəsində işləyir. 02 avqust 2025-ci il tarixdə adı ona sonradan məlum olan X15 burun çəpəri əyriliyi diaqnozu ilə hal-hazırda işlədiyi Şəxs-a müraciət etmişdir. Həmin xəstənin əməliyyatını “X10” plastik cərah vəzifəsində işləyən X13 etmişdir. Bununla bağlı xəstəyə xəstəlik tarixçəsi açılmış, adına epikriz tərtib edilmiş, həmin epikriz tərəfindən imzalanaraq möhürlənmişdir. X15 izahatının alınması məqsədilə yaşadığı ünvana çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, sonuncu izahat vermək üçün Gəncə şəhər prokurorluğuna gəlməmiş, istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlanılmasına baxmayaraq mobil telefon nömrəsinin şəbəkə xaricində olması səbəbilə əlaqə saxlamaq mümkün olmamışdır. X9 anası ilə telefon əlaqəsi saxlanıldıqda sonuncu oğlunun təhsil alması ilə bağlı Türkiyə Respublikasına getdiyini, izahat vermək üçün şəhər prokurorluğuna gələ bilməyəcəyini bildirmişdir. Ə.Vəliyevin "X3 Sistemi" vasitəsi ilə sərhədkeçmə məlumatları sorğu edilmiş, sonuncunun xx.xx.2025-ci il tarixdə Türkiyə Respublikasının Ankara şəhərinə getməsi müəyyən edilmişdir. Bu barədə arayış tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə uyğun olaraq MMC-nin vəzifəli şəxsi tərəfindən sertifikasiya şəhadətnaməsi qüvvədə olmadan X6 praktik tibb fəaliyyətinə buraxılması faktının X9 həkim səhlənkarlığı nəticəsində sağlamlığlına ziyan vurulması barədə müraciətinə baxılarkən Gəncə şəhər prokurorluğu tərəfindən bilavasitə aşkar edilməsi olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasıdır. Odur ki, "X14" MMC barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Gəncə şəhər prokurorluğunun nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, işlə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilmiş və sorğuya cavab məktubunda Rövşən Babayevin sertifikasiya şəhadətnaməsinin qüvvədə olmadığı aşkar edilmiş və həmçinin Səhiyyə Nazirliyinin məktubunda onun barəsində eyni məzmunlu xüsusatlar üzrə başqa araşdırmaların aparılması da müəyyən edilmişdir. Bundan əlavə MMC-nin direktoru barəsində İXM-nin 215.4-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün vəzifəli şəxs barəsində Səhiyyə Nazirliyinə göndərilmiş, Nazirliy tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən X11 800 manat məbləğində cərimə olunmuşdur. MMCnin qanun pozuntusundan çəkindirmək məqsədi ilə Gəncə şəhər prokuroru adından MMC-yə təqdimat göndərilmiş və cavab məktubunda artıq həmin şəxsin əmək müqaviləsinə xitam verildiyi göstərilmişdir. Sertifikasiya şəhadətnaməsi olmadan tibb xidmətinin göstərilməsinə görə İXM-nin 215.1-ci maddəsi ilə Rövşən Babayev barəsində də inzibati iş üzrə icraat başlanaraq Səhiyyə Nazirliyinə göndərilmişdir. Toplanmış materiallarla sübuta yetirilmşdir ki, MMC hüquqi şəxs qismində də xeyrinə və maraqlarının qorunması naminə vəzifəli şəxs qismində hərəkət etdiyindən barəsində İXM-nin 215.4-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Odur ki, o, hüquqi şəxs "X14" MMC-nin məsuliyyətə cəlb olunaraq qanunvericilkdə nəzərdə tutulmuş hədlərdə cərimə olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X9 Baş Polis idarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, “X14"MMC-nin həkimi Rövşən Babayev tərəfindən xx.xx.2025-ci il tarixdə “burun əyriliyi” ilə bağlı əməliyyat olunmuş, lakin həkim səhlənkarlığı nəticəsində sağlamlığına ciddi zərər dəymişdir. Odur ki, Rövşən Babayevin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - Epikrizdən görünür ki, xəstə X15 xx.xx.2025-ci il tarixdə burun çəpər əyriliyi, xarici burun deformasiyası diaqnozu ilə "X14" MMC-yə daxil olmuş, cərrahiyyə şöbəsinin plastik həkim cərrahı Rövşən Babayev tərəfindən burun korreksiyası əməliyyatı icra edilmiş, xəstə xx.xx.2025ci il tarixdə kafi vəziyyətdə evə buraxılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 3-28-1/2- 33761/2025 nömrəli məktubundan görünür ki, X6 “Xüsusi Təftiş Komissiyasının” müvafiq qərarları ilə sənədlərin əsaslığı təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin xx.xx.2025-ci il tarixli icazə verilən səlahiyyətli şəxslərin təsdiq edilmiş siyahısında olmadığı müəyyən edilmişdir. - İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında daxil edilmiş məlumatların çıxarışından görünür ki, Şəxs MMC dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN əsasında fəaliyyət göstərir. - Əmək müqaviləsi məlumatlarından görünür ki, X11 "X14" MMC-də direktor, X13 isə "X14" MMC-də xx.xx.2023-cü il tarixdən hal-hazıradək plastik cərrahiyyə üzrə həkim - cərrah vəzifəsində işləməsi müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Gəncə şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarına əsasən "X14" MMC-də direktoru X11 qanunla nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxs X7 praktik tibb fəaliyyətinə buraxması faktı aşkar edildiyinə görə İXM-in 215.4-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun: - 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər; - 49-1 ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın: 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir; 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir səhiyyə mütəxəssisi barədə müvafiq qərar qəbul edir; 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Beləliklə, Gəncə şəhər, X21 prospektində yerləşən Şəxs MMC-də çalışan plastik cərrahiyyə üzrə həkim - cərrah X1 işləməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-28-1/2-33761/2025 nömrəli məktuba əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-də nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: Hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; Hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; Həmçinin bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və s. nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar