Məhkəmə qərarları › İş №3(125)-4120/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4120/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4120/2024 19.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 1-ci X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonu, İstibulaq Ə/D, istibulaq kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 19 noyabr 2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 1-ci X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X6 tərəfindən tərtib olunmuş 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat Gəncə şəhəri, Gülüstan qəsəbəsində VAZ 2107 20DH354 dövlət qeydiyyat nömrəli avtombili konstruksiya dəyişikliyi olduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılaraq DYPŞ-nə aparılan zaman vətəndaş Şəxs oğlü ünvansız nalayiq ifadələr işlədərək , ucadan səs küy salaraq, X15 Polis Şöbəsinin iş rejimini pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat Gəncə şəhəri, Gülüstan qəsəbəsində VAZ 2107 20DH354 dövlət qeydiyyat nömrəli avtombili konstruksiya dəyişikliyi olduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılaraq DYPŞ-nə aparılan zaman vətəndaş Şəxs oğlü ünvansız nalayiq ifadələr işlədərək , ucadan səs küy salaraq, X15 Polis Şöbəsinin iş rejimini pozmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o Gədəbəydə işdə olan zaman evdən ona zəng edərək, maşının polis əməkdaşları tərəfindən şöbəyə aparıldığını bilirdmişlər. O həmin maşını xx.xx.2024cü il tarixdə günorta vaxtı pulun verib alsa da öz adına rəsmişləşdirməmişdir. Avtombildə həqiqətən də konstruksiya dəyişikliyi olmuşdur. Lakin o maşının polis əməkdaşları tərəfindən özləri idarə edərək aparılmasını qanunsuz hesab etdiyindən, polis şöbəsinə getmiş orda olan zaman polis əməkdaşlarına avtmoboili nə üçün evakuator vasitəsi ilə deyil,özləri idarə edərək aparmaqlarını bildirmişdir. Bu zaman aralarında sözlə mübahisə olmuş, o nalayiq ifadələr işlətməmişdir. Daha sonra polis əməkdaşları onu 1-ci Polis Şöbəsinə aparıb təhvil vermişlər. Barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə DYPŞ-nin YPX inspektoru polis baş serjantı X7 ifadəsində bildirmişdir ki, xx.xx.2024-ci il tarixdə saat 19:30 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində xidmətdə olan zaman ratsiya vasitəsi ilə VAZ-2107 markalı avtomobilin hər iki nömrəsi olmadan idarə ediliyi bildirilmiş və həmin avtomaşının koordinatları onlara verilmişdir. O və ekipaj yoldaşı Elnur Verdiyev avtombilin olduğu yerə getdikdə avtomobildən 3 nəfər uşaq düşmüşdür. Maşını idarə edən şəxsin yetkinlik yaşına çatmayan X3 müəyyən edilmişdir. Maşının hər ikisi nömrəsi olmadığından, nəqliyyat vasitəsində kanstruktiv dəyişikliklər olduğundan Yol hərəkəti haqqında qanunun tələbinə əsasən maşının duracağa yerləşdirilməsi təmin edilmişdir. Duracaqda olan zaman adını sonradan bildikləri Şəxs onlara yaxınlşaraq maşını niyə apardıqlarını bildirərək uca səslə səs-küy salmağa başlamış, onlara qarşı “sən bilirsən mənim bir tərəfim kürddür, formanız dəyəsən sizə ağırlıq edir, o formanı sizə çıxartdıracam” kimi ifadələr işlətdi. GDYPŞ-nin iş rejimi pozulduğu səs-küy salındı və onu dəfələrlə nizam intizama dəvət etsələrdə əməlindən əl çəkmədiyi üçün və qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Gəncə şəhər 1-ci PŞ-nə gətirilərək NH-yə raportla təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə DYPŞ-nin YPX inspektoru polis baş serjantı X4 DYPŞ-nin YPX inspektoru polis baş serjantı X7 ilə eyniməzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə DYPŞ-nin YPX inspektorları polis baş serjantı X7 və polis baş serjantı X9 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-ci il tarixdə saat 19:30 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində xidmətdə olan zaman VAZ-2107 markalı **-DH-*** d.q.n.n-lı nəqliyyat vasitəsini kanstruktiv dəyişikliklər olan, sürücünün adı sonradan məlum olan X1 vəsiqəsi və etibarnaməsi olmadığı üçün həmin avtomobili Gəncə DYPŞ nin mühafizə olunan duracağına təmin etmişlər .Duracaga yaxınlaşan adı onlara sonradan məlum olan Şəxs uca səslə səs-küy salmağa başladı və onlara həmin avtomobilin istismarını dayandırdıqları üçün təhdid etmiş və ünvansız nalayiq ifadələr işlətmişdir. Onu dəfələrlə nizam intizama dəvət etsələrdə əməlindən əl çəkmədiyi üçün və qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Gəncə şəhər 1-ci PŞ-nə gətirilərək NH-yə raportla təhvil verilmiş avtomobili etibarnaməsiz idarə etdiyi üçün Gəncə DYPŞ-nin müvəqqəti duracağına aparılmışdır. Elektron çıxarışdan görünür ki, Şəxs müharibə veteranı olmaqla 80 manat müavinət alır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi özünün şahid ifadələri ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin hallarından görünür ki, Şəxs avtombilə hər hansı bir hüququ olmadan Gəncə DYPŞ-nə getmiş, polis əməkdaşlarına irad bildirərək, onlarla mübahisə etmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmiş, polisin iş rejimin pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs müharibə veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməsini, ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar