Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-415/2022 24.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Gəncə Şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Belə ki, inzibati xəta haqqında 29 iyul 2022-ci il tarixli, MN № ******* saylı protokolda Şəxs 29 iyun 2022-ci il tarixdə Gəncə şəhəri S.Vurğun küçəsi ev 86-da yaşayan Rəsmiyyə Əfəndiyevaya məxsus evin pəncərəsini daşla sındıraraq ona qəsdən 200 manat maddi ziyan vurduğu göstərilsə də, iş materiallarına dəymiş ziyanın miqdarına dair hər hansı bir rəy əlavə edilməmişdir. Məhkəmə vurulmuş zərərin həcmi barədə rəyin materiallara əlavə edilməsini həm də ona görə zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında tənbehin həcmi zərərin həcmi ilə birbaşa bağlıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-415/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-415/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver