Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4161/2025 27.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2484/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 125 (yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Hal-hazırda borclu Şəxs 2025-ci ilin oktyabr ayı daxil olmaqla aliment borcu 3450 manat təşkil edir. Borclu izahatında hazırda aliment borcunu tam şəkildə ödəniş etmək üçün imkanının olmadığını bildirmişdir. Lakin borclu icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X5 ifadəsində protokolun məzmununa uyğun çıxış etmiş və əlavə olaraq Şəxs çağırışlara gəlmədiyini və onun axtarışla gəldiyini bildirərək protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında aliment borcunu həm səhhəti, həm də tələbkar şəxsin uşaqlarını ona göstərmədiyi üçün ödəməyəcəyini bildirmişdir. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə həvalə etdi. Məhkəmə iclasında tələbkar şəxs Zərərçəkmiş şəxs ifadəsində borclu Şəxs aliment borcunu ödəmədiyini, sonuncu dəfə sentyabr ayında isə 50 manat ödəniş etdiyini bildirmişdir. O, aliment borcunu təşkil edən 3450 manat pulun yarısını tələb etmiş, əks halda isə Şəxs həbs edilməsini xahiş etdi. İş materiallarında olan: - 27 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2484/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 3450 manat məbləğində borcu mövcuddur. - Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2484/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. - xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişin surətlərindən görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2024-cü il tarixdə Şəxs İcra idarəsində verdiyi izahatından görünür ki, o, borcunu ödəməməsini maddi imkanının olmaması və uşaqlarını görməməsi ilə əsaslandırmışdır. - Gəncə şəhər Məhkəməsinin 3(125)-4287/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. -16 iyul 2025-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissəhissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Belə ki, borclu qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətinin yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 27 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4161/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4161/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver