Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4167/2025 07.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X2 iştirakı ilə, X2 xx.xx.2025-ci il tarixli, EQ 31542374 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31542374 saylı inzibati qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Baş DYPİ-nin EQ 31542374 saylı xx.xx.2025-ci il tarixli qərarında SmSRadar.az xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə saat 10:35 radələrində istifadəsində olan mobil telefonuna sms vasitəsi ilə daxil olan məlumata əsasən idarə etdiyi “Chevrolet Equinox” markalı, **-MQ-*** qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 17:17:52 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan yolu 88 kilometrində, İXM-nin 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində 2 bal cərimə olunmağı qeyd edilmişdir. Həmin qərarın surətini xx.xx.2025-ci il tarixdə DİN-nin DYP Web Portalından çap edərək saat 12:11 radəsində Gəncə şəhər BPİ-nin DYPŞ-dən almışdır. Lakin bu məsələni obyektiv araşdırmadan qanunsuz qərar qəbul edilmişdir. Belə ki, “inzibati xəta törətməyə görə” necə deyərlər, **-YP-*** dövlət nişanlı avtomobilində xidmət aparan YPX-nin inspektorunun “plan” yerinə yetirmək cəhdidir və bununla da o vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz əməl ilə məşğul olduğunu subuta yetirir. Həmin YPX-nin inspektorunun düzgün xidmət aparmasına nəzarət edən şəxs isə buna göz yumur. Bildirir ki, həmin qanunsuz qərar üzrə inzibati xəta hadisəsinin baş verməsi vaxtı, **-YP-*** dövlət nişanlı avtomobilində olan P112200314 nömrəli kamera tərəfindən həmin nəqliyyat vasitəsinin sürücüsü tərəfindən qayda pozuntusunun törədilməsini əks etdirən eyni istiqamətdə üç fərqli fotoşəkildə arama məsafələri ayrı ayrı olmasına baxmayaraq üç fotoşəkildə xx.xx.2025-ci il tarix saat 17:17:52 radələri olması, Bakı-Ələt-Qazax-Gürcüstan yolu 88 kilometr üzrə GPS koordinat kimi qeyd olunan 39.9947:49.1877 Google xəritəsində mövcüd olmaması, bir foto fotoşəkildə nəqliyyat vasitəsinin sağ tərəfində hərəkətdə olduğu zaman 4-5 m hündürlükdə olan şam ağacının olması və yalnız bir foto şəkildə **-MQ-*** qeydiyyat nömrənin görüntüsü olması, digərində isə olmaması, əlavə sübut kimi təqdim olunan video görüntüdə isə ümumiyyətlə videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vaistələrinin köməyi ilə aşkar edilmiş avadanlıq və ya cihazı barədə cari tarix, saat, GPS koordinat və sair məlumatlar qeyd olunmamışdır. Bu da sübutların saxta olması faktını təsdiqləyir. Belə ki, Baş DYPİ inzibati xəta hadisəsi baş veriləndən 19 saat keçdikdən sonra qeyri qanuni qərar qədul etmişdir. Halbuki çox vaxt dərhal qərar qəbul edilərək inzibati xəta törədən şəxsə göndərilir. Bu isə Baş DYPİ əməkdaşı tərəfindən müvafiq fotoşop və ya digər proqramlar vasitəsi ilə sübütların saxtalaşdırmasını göstərir. Apardığı araşdırmaya əsasən Google xəritəsində GPS koordinat olan 39.994700,49.187700 Bakı-Ələt-Qazax-Gürcüstan yolu 95 km olmasını, maşınında olan videoqeydiyyatda **-YP-*** dövlət nişanlı avtomobilin əks yolda xx.xx.2025-ci il tarixdə saat 17:17:40 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan yolunda yanından keçdiyi müəyyən olunmuşdur. Necə ola bilər ki, 12 saniyədən sonra “Chevrolet Equinox” markalı, **-MQ-*** qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 17:17:52 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan yolu 88 kilometrində **-YP-*** dövlət nişanlı avtomobilində olan xüsusi texniki vaistəsi tərəfindən sürət həddini aşmış və eyni zamanda qayda pozuntusu ilə bağlı sübüt kimi Baş DYPİ tərəfindən inzibati tənbeh etmə barədə EQ 31542374 saylı xx.xx.2025-ci il tarixli qərarında əks etdirilmişdir. Bəzi məmurlar qanunun aliliyinə yox, öz qanunsuz əməlinə inanırlar, çünki cəzasız qaldıqları halda növbəti dəfə ondan artıq qanunsuz hərəkət edirlər. Beləliklə o, inzibati xətanı törətməmiş və EQ 31542374 saylı qərar qeyri qanunidir, məhz bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək barəsində qəbul edilmiş EQ 31542374 saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, EQ 31542374 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 17:17:52-də “Chevrolet Equinox” markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 27 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri, o cümlədən məhkəməyə təqdim olunan sübutları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. X1 məhkəməyə təqdim etdiyi kamera görüntüdən bəlli olur ki, R. Ağayev tərəfindən sürət həddinin aşılması və ya hər hansı bir digər yol hərəkəti qaydasının pozulması hallarını təsdiq edən faktlar mövcud deyildir. Həmçinin, inzibati xəta törədilən zaman qeydə alınmış xüsusi texniki vasitənin görüntülər, habelə digər sübutlar səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmiş və bununlada X2 təqsiri sübuta yetirilməmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi göstərilmiş, yolda müəyyən edilmiş hərəkət sürətini aşma inzibati məsuliyyəti özündə ehtiva edir. “Yol hərəkəti haqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin Vİİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması”nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 şikayətində göstərilən dəlillər əsaslı hesab edilməlidir, çünki, inzibati xətalar haqqında iş üzrə icraatda qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsi yolverilməzdir. Belə olduğu təqdirdə R.Ağayevin Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin inzibati xətanın törədilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli, EQ 31542374 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31542374 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4167/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4167/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver