Məhkəmə qərarları › İş №3(125)-417/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-417/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-417/2024 10.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X11 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 31 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 20.00 manat, hüquqi ünvanı ünvan 1əhdud məsuliyyətli cəmiyyət, VÖEN nömrəsi **********, təsisçisi Naxçıvan MR-nın Şərur rayonu Sədərək kəndində anadan olmaqla, ünvan 2 ünvanda yaşayan X9 olan Şəxs, yəni onun təsisçisi X9 - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 may 1974-cü ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 övladı olan, Ali təhsilli, məhkum olunmuş, Gəncə şəhəri, Bursa küçəsi 57- də qeydiyyatda olmaqla, Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 40, mənzil 5-də yaşayan X3 01 avqust 2023-cü il tarixdən hazırki vaxta kimi Şəxs MMC tərəfindən Gəncə şəhəri, Atatürk prospektində yerləşən köhnə Xalça kombinatında söküntü (demontaj) işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə ümumi rəhbərlik-briqadir kimi cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar alınmış izahatlar və aşağıda qeyd olunan sənədlərlə öz təsdiqini tapmışdır. Gəncə şəhəri, N.Nərimanov küçəsi, bina 37, mənzil 21-də yaşayan X10 şəhər prokurorluğuna etdiyi müraciətində bildirmişdir ki, 29 oktyabr 2023-cü il tarixdə fəhlə işlədiyi Şəxs MMC tərəfindən Gəncə şəhərində söküntü işləri aparılan Xalça fabrikində işdə olarkən söküntü və təmirə nəzarət eləyən Şəxs MMC-nin briqadiri X2 göstərişinə əsasən 1-ci mərtəbədə xalça sexinin şüşələrini dəmir torba ilə vurub sındırdığı vaxt sınan şüşənin sağ böyrünə dəyməsi nəticəsində xəsarət almışdır. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Şəxs 31 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 20.00 manatdır, hüquqi ünvanı ünvan 4əhdud məsuliyyətli cəmiyyətdir, VÖEN nömrəsi **********-dir, təsisçisi Naxçıvan MR, Şərur rayonu Sədərək kəndində anadan olmuş, ünvan 5 ünvanda yaşayan X6r. Hüquqi şəxs -31 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 20.00 manat, hüquqi ünvanı ünvan 1əhdud məsuliyyətli cəmiyyət, VÖEN nömrəsi **********, təsisçisi Naxçıvan MR, Şərur rayonu Sədərək kəndində anadan olmuş, ünvan 5 ünvanda yaşayan X9 olan Şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 Şəxs MMC-nin Gəncə şəhəri, Gəncə şəhəri, Atatürk prospekti 267 ünvanında yerləşən keçmiş Xalça kombinatının binasında aparılan söküntü işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə ümumi rəhbərlik-briqadir işlərinin yerinə yetirilməsinə cəlb etməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən həmin Məcəllənin 127- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 18.6-cı maddəsinə əsasən həmin Məcəllənin 127- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Odur ki, toplanmış 814-C-23 (09-İX-24) nömrəli material üzrə hüquqi şəxs 31 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 20.00 manat, hüquqi ünvanı ünvan 1əhdud məsuliyyətli cəmiyyət, VÖEN nömrəsi **********, təsisçisi Naxçıvan MR, Şərur rayonu Sədərək kəndində anadan olmuş, ünvan 8 ünvanda yaşayan X9 olan Gəncə İlməçi» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və qərar baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilərək barəsində qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə Gəncə Şəhər Məhkəməsinin hakimi Elxan Əlizadə tərəfindən 29 fevral 2024-cü il tarixli Qərar qəbul edilmiş, Qərara əsasən Gəncə İlməçi MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xata haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan Gəncə şhər prokroru baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə apellyasiya protesti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 29 fevral 2024cü il tarixli Qərarı ləğv edilərək materiallar yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, Şəxs MMC ilə X4 arasında podrat müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən podratçı X4 Şəxs MMC-nin sifarişi əsasında köhnə Xalça fabrikində söküntü işlərini həyata keçirmişdir. Podrat müqaviləsi çərçivəsində öhdəliyini icra etmək etmək üçün isə Samir gündəlik muzd verməklə fəhlələr cəlb etmişdir. X4 ilə Şəxs MMC arasında əmək münasibətləri olmadığından, əməldə də inzibati xəta tərkibi də istisna olunur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şəxs MMC-nin şəxsi məlumat çıxarışının surətindən görünür ki, MMC-nin fəaliyyəti xalça məmulatlarının və palazların istehsalı, pərakəndə satışından ibarətdir. -X1 Filialı tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X4 adına aktiv əmək müqaviləsi qeydə alınmamışdır. -01 avqust 2023-cü il tarixli Podrat Müqaviləsindən görünür ki, həmin müqavilə çərçivəsində podratçı X4 Şəxs MMC-nin xeyrinə fabrikin ətrafında və daxilində xidmət göstərməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında icraatın başlanması haqqında Qərardan görünür ki, inzibati xəta, yəni X4 əmək müqaviləsi olmadan və hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən əməyə cəlb edilməsi 01 avqust 2023-cü il tarixdə törədilmiş, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə baxılması üçün məhkəməyə daxil olmuşdur, hazırda isə inzibati xətanın törədildiyi tarixdən 1 ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X7 xx.xx.2024cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar