Məhkəmə qərarları › İş №3(125)-4170/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4170/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4170/2024 06.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 14198220 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində inzibati cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli EQ 14198220 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, elektron qərarın etibarsız hesab edilməsini, ona və ailəsinə qarşı qanuna zidd hərəkət edən polis əməkdaşları olan 9-cu tağımın YPXİ-nin Xəlilov Çingiz adlı polis baş serjantı və komandir deyilən Rəşad adlı polis haqqında xüsusi qərar çıxarılması, əsassız saxlama dayanacağına aparılmış “X9” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilini işin məhkəmə icraatında olmasını nəzərə alaraq dərhal buraxılması barədə müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində ailəsi ilə Şəmkir şəhəri istiqamətindən Gəncə şəhər istiqaməti tərəfə hərəkət edərkən 9cu tağımın YPXİ-nin Xəlilov Çingiz soyadlı polis baş serjantı və onun dediyinə görə komandir Rəşad adlı polis əməkdaşı onun idarə etdiyi X9 markalı **-KN-*** dövlət nişanlı avtomobilini saxlayaraq, onun guya yol hərəkəti qaydasını pozmasına görə ödənilməmiş cərimələrinin olduğunu və bu səbəbdən ona məxsus avtomobili saxlama dayanacağında saxlayacaqlarını, avtomobildə olan ailə üzvlərini isə yol maşını ilə yollarına davam etməsini bildirmişlər. Polis əməkdaşlarına bu halın qanuna zidd olduğunu, vəzifə hədlərini aşdıqlarını, onun ünvanına heç bir inzibati tənbeh haqqında qərarların bildirişi gəlmədiyini və bu cərimələrdən onun xəbəri olmadığını bildirsə də, sözü gedən polis əməkdaşı zorla onun avtomobilini saxlama dayanacağına aparacağını bildirərək, ailə üzvlərini avtomobili tərk etməyə məcbur etmişlər. Bununla da qeyd olunan polis əməkdaşları kobud şəkildə onun və onun ailə üzvlərinin hüquqlarını pozaraq, aşağıda qeyd olunan hüquq normasının müddəalarını bilərəkdən və qəsdən tapdalayaraq, qanunsuz əməl edərək ona məxsus avtomobildən ailə üzvlərini təkidlə çıxardaraq, avtomobili saxlanması ilə əlaqədar heç bir protokol tərtib etmədən, yalnız saxlanca qəbulu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edərək, ona təqdim etmişlər (aktın surəti əlavə olunur). İXM-nin 97.4-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 20 gün müddətində bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda nəqliyyat vasitəsi dayandırılaraq barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Polis əməkdaşları tərəfindən qeyd edilən inzibati tənbeh haqqında qərarlar ona təqdim olunmadığından, onlar nə vaxt və hansı tarixdə tərtib edilməsi barədə onda məlumat olmayıb. Bu səbəbdən Gəncə şəhər DYPŞ-nə gedərək, ona qarşı tərtib olunmuş inzibati tənbeh haqqında qərarların surətlərinin rəsmən verilməsini tələb etmiş, tələbinə əsasən poçt vasitəsilə ona həmin qərarlar rəsmən xx.xx.2024-cü ildə göndərildi. Həmin inzibati tənbeh haqqında qərarların əksəri tərtib olunduğundan 1 ildən artıq ötmüşdür. Belə ki, EQ 14198220 saylı xx.xx.2023-cü il tarixdə inzibati tənbeh haqqında qərar tərtib edilmişdir. Bu qərarla o, bir xəta törətmiş şəxs kimi məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd etdiklərindən tam aydın olur ki, 9-cu tağımın YPXİ-nin Xəlilov Çingiz adlı polis baş serjantı və onun komandir kimi təqdim edən Rəşad adlı polis qanun normalarını birmənalı pozaraq qanunsuz hərəkət edərək vəzifə səlahiyyətlərini aşaraq ziddiyyətli qərar qəbul etmiş, onun və ailəsinin hüquqlarını kobud şəkildə pozaraq həm mənəvi, həm də maddi zərər vurmuşlar. Belə ki, poliş əməkdaşlarının qanunsuz əməli və təqsiri nəticəsində o həm ailəsi qarşısında biabır olmuş, həm də hal-hazıradək nəqliyyat vasitəsiz əziyyət çəkir. Bu səbəbdən hesab edir ki, ərizə qeydiyyata alınan kimi ədalət bərqərar olub onun avtomobilinin saxlama dayanacağından buraxılması haqqında qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən ona qarşı tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 14198220 nömrəli elektron qərarın etibarsız hesab edilməsini, ona və ailəsinə qarşı qanuna zidd hərəkət edən polis əməkdaşları olan 9-cu tağımın YPXİ-nin Xəlilov Çingiz adlı polis baş serjantı və komandir deyilən Rəşad adlı polis haqqında xüsusi qərar çıxarılması, əsassız saxlama dayanacağına aparılmış “X9” markalı, **-KN-*** dövlət nişanlı avtomobilini işin məhkəmə icraatında olmasını nəzərə alaraq dərhal buraxılması barədə müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 məhkəməyə izahat verərək bildirdi ki, məhkəməyə verdiyi şikayətini müdafiə edir. Sözügedən inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona qanunvericiliyin tələblərinə əsasən təqdim edilməmiş və onun həmin qərardan məlumatı olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində inzibati cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 14198220 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın etibarsız hesab edilməsini, ona və ailəsinə qarşı qanuna zidd hərəkət edən polis əməkdaşları olan 9-cu tağımın YPXİ-nin Xəlilov Çingiz adlı polis baş serjantı və komandir deyilən Rəşad adlı polis haqqında xüsusi qərar çıxarılması, əsassız saxlama dayanacağına aparılmış “X9” markalı, **-KN-*** dövlət nişanlı avtomobilini işin məhkəmə icraatında olmasını nəzərə alaraq dərhal buraxılması barədə müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14198220 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X5 xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2023-cü il tarixli EQ 14198220 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. X2 şikayətində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sözügedən inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona qanunvericiliyin tələblərinə əsasən təqdim edilməmiş və onun həmin qərardan məlumatı olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə isə şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsindən görünür ki, inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 14198220 nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın şəkildə görünür ki, qərardan şikayət vermiş şəxsə inzibati tənbeh inzibati xətanın törədildiyi gün, yəni xx.xx.2023-cü il tarixdə xüsusi texniki vasitə ilə aşkar edilərək real vaxt rejimində tətbiq edilmişdir. X1 inzibati xəta törədildiyi gündən bir il müddət keçdikdən sonra yox, elə həmin gün, yəni inzibati xətanın törədildiyi gün inzibati tənbeh tətbiq edilmiş və həmin qərar barədə də dərhal elektron qaydada məlumat verilmişdir. Məhkəmə İXM-nin 38.1 və 38.5-ci maddələrinin tələbinə əsaslanaraq şikayət vermiş şəxsin şikayətində qeyd etdiklərinə cavab olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar şikayətçinin şikayətində qeyd etdiyi hallara görə ləğv edilə bilməz. Çünki mühahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 14198220 nömrəli elektron qərar İXM-nin müddəalarına uyğun qəbul edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında elektron qərarla tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin X3 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2023-cü il tarixli EQ 14198220 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 14198220 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar