Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4173/2025 12.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Umud oğlunun sədrliyi, X6 oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 31233519 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31233519 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, 11 oktyabr 2025-ci il tarixində **-DV-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 55111” yük markalı nəqliyyat vasitəsi və ona qoşulu olan **-ZA-*** dövlət qeydiyyat nömrəli, “QKB 8350” markalı bortlu qoşqu ilə Bakı şəhəri istiqamətində-Ucar şəhərində hərəkətdə olarkən barəsində EQ ********* nömrəli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Həmin nəqliyyat vasitələri X2 məxsusdur və onun tərəfindən etibarnamə əsasında idarə olunur. Qeyd edir ki, o, xx.xx.2025-ci il tarixdə Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 11 saylı İDYM MMC Qızılca sahəsindən çınqıl yükünü yükləyərək Ələt azad iqtisadi zonasında yerləşən "VELİ ML CONSTRACTİON” MMC-yə aparmışdır. EQ ********* saylı inzibati xəta haqqında elektron qərarda nəqliyyat vasitəsi və qoşquda olan yük çəkisinin 47000 kq olması qeyd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Barəsində tərtib edilmiş EQ ********* saylı inzibati xəta haqqında elektron qərardan narazıdır. Belə ki, yüklənmə məntəqəsi olan Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 11 saylı İDYM MMC Qızılca sahəsindən verilən sənəddən də aydın görünür ki, nəqliyyat vasitəsinin qoşqu ilə birlikdə ümumi çəkisi 41540 kq təşkil etmiş, "xxxx" MMC-nin sənədindən də aydın görünür ki, nəqliyyat vasitəsinin yarımqoşqu ilə birlikdə ümumi çəkisi 41620 kq olmuşdur. Arada yaranmış fərqin səbəbi isə yanacaq yükü ilə bağlı olmuşdur. Bundan başqa ərizəsinə əlavə etdiyi fotoşəkillərdən də aydın görünür ki, nəqliyyat vasitəsində və qoşquda olan yük norma qaydalarını aşmamışdır. Hətta normadan aşağı çəkidə yüklənmişdir. Həmin fotoşəkillər məhz Ucar rayonu, Ucar şəhəri M-2 244.2 km-liyində yerləşən stansiyada çəkilmişdir. Əlavə olaraq bildirir ki, kamaz markalı nəqliyyat vasitəsinə və qoşquya 47000 kq yük vurulması reallığı əks etdirmir, texniki cəhətdən mümkün deyildir və bu da onu deməyə əsas verir ki, elektron qərarda qeyd olunmuş yükün çəkisi şişirdilmiş şəkildə göstərilmişdir. Barəsində tərtib olunmuş elektron qərar tamamilə əsasızıdır və qanuna ziddir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul olunmuş, EQ ********* saylı, xx.xx.2025-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, təqdim etdiyi qəbzlərə əsasən 11 saylı İDYM MMC Qızılca sahəsindən çınqıl yükünü yüklədikdən sonra nəqliyyat vasitəsinin qoşqu ilə birlikdə ümumi çəkisi 41540 kq təşkil etmişdir, təhvil alma məntəqəsi olan "xxxx" MMC-yə yükü təhvil verərkən isə nəqliyyat vasitəsinin yarımqoşqu ilə birlikdə ümumi çəkisi 41620 kq idi. Arada yaranmış çəki fərqi isə yanacaq yükü ilə əlaqədar olmuşdur. Göründüyü kimi müvafiq qanunvericiliyə əsasən nəqliyyat vasitəsində və qoşquda olan yük norma qaydalarını aşmamışdır. Onun barəsində qəbul edilmiş qərarın heç bir qanuni əsası yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 31233519 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan EQ 31233519 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, **-DV-*** dövlət qeydiyyat nömrəli yük maşınının yüklənmə məntəqəsi olan 11 saylı İDYM MMC Qızılca sahəsində qoşqu ilə birlikdə ümumi çəkisi 41540 kq, təhvil alma məntəqəsi olan "xxxx" MMC-də isə yük maşınının qoşqu ilə birlikdə ümumi çəkisi 41620 kq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin üzərinə qoyulsa da, həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün qərarı tərtib etmiş orqana ,yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 şikayəti qismən təmin edilsin. X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31233519 nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması və aidiyyəti tədbirlərin görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-4173/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4173/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver