Məhkəmə qərarları › İş №3(125)-418/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-418/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-418/2024 05.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Şəxs iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Gəncə şəhər DYP Yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələrinə əsasən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə “CHANGAN CS 75” minik markalı 20OD659 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Ş.İ.Xətai pr.ev 149 M 39 ünvanında yaşayan Şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop və ya güclü təsir göstərən digər maddələrdən istifadə olnması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, İXM-in 329.3-cü və 333-1.1-ci maddəsinin pozulamsı hallarına yol verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək, əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, eyni fakt üzrə artıq inzibati məsuliyyətə cəlb edilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Gəncə şəhər Baş Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə şəhər DYP Yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokolla İXM-nin 329.3-cü və 333-1.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsi ilə xitam verilməlidir. İş materiallarında olan: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2024-cü il tarixli 359/2024 saylı aktdan görünür ki, Şəxs sidiyində THC aşkar edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-416/2024 nömrəli Qərarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında İXP ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində inzibati xətanı törətmiş hesab edilərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində icraat aparılan şəxs eyni inzibati xətanı törətməsinə artıq bir dəfə tənbeh edildiyindən məhkəmə iş üzrə icraat xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xətanın törədilib törədilməməsi sübut edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda inzibati xəta haqqında icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333-1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol ləğv edilsin və inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən, on gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar