Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4185/2024 22.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 1-ci PŞ İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, D.Bünyatzadə küçəsi ev 106-da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 –cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 1-ci PŞ İTB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 1-ci PŞ İTBnin sahə rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü ildə Şəxs onunla bir həyətdə yaşayan bacısı X4 nalayiq ifadələrlə söyüb təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Həmin zaman onların digər bacıları da orada olmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş 1-ci PŞ İTB-nin sahə rəisi X8 bildirmişdir ki, xx.xx.2024-cü ildə Şəxs onunla bir həyətdə yaşayan bacısı X4 nalayiq ifadələrlə söyüb təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Həmin zaman onların digər bacıları da orada olmuşdur. Ailə arasında mütəmadi narazılıqlar olmuşdur. Münaqişəli aliə kimi qeydiyyatdadırlar. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan xətan ilə bağlı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, bacısı ilə mübahisə etmiş bir-birlərinə qarşı təhqiramiz ifadələr işlətmişlər. Çünki ailəsi ilk olaraq onun ailəsi ilə mübahisə etmiş və ailəsinə qarşı təhqiramiz ifadələr işlətmişdir. Məhkəmə qərarı ilə evin 8də biri ona verilmiş və evə köçürülmüşdür. Lakin bacıları ona evə köçüb yaşamağa imkan verməmişdir. O həyətdə çadır qurub orda yaşayır. O söyüşlər söymüşdür. Lakin söyüş söyməyinə səbəb bacısının da onu söyməsi olmuşdur. Onu və yoldaşını orda yaşamağa imkan vermirlər. Ona görə də barəsində başlanmış inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Şəxs onun oğlunun qardaşıdır. O, mütəmadi olaraq onu yaşadığı evə gələrək ona qarşı uca səslə ona qarşı təhqiramiz ifadələr işlədir.Qəsdən heyvan səsləri çıxarır gecə saatlarında onu narahat edir. Bundan başqa qardaşı və onun həyat yoldaşı Hüseynova Nahidə həyətə çirkab suları axıdaraq anti sanitar şərait yaradırlar. O dəfələrlə polis şöbəsinə məlumat vermişdir. Qardaşı tərəfindən ona və ailə üzvlərinə fiziki şiddət göstərilmişdir. O işə gedən zaman qardaşı onu təqib edərək təhqir edir. Davamlı o və yoldaşı tərəfindən ona qarşı söyşülər söyülür, maneələr yaradılır. Atalarına qarşı da eyni cür hərkət etmişdir. Bu barədə videolar da var. Odur ki, Şəxs cəzalandırılmasını xahişe dir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Esmira Əli qızı ilə eyni izahat verərək, X2 ifadəsində söylənilən xüsusatları təsdiq etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li Qərarında müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən qərarına əsasən, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanın məhdud mənada belə anlayışı bir çox hüquq ədəbiyyatlarında və normativ hüquqi aktlarda ümumiləşdirilərək işlədilir. İctimai qayda cəmiyyətin digər sahəsi olan ictimai təhlükəsizliklə sıx bağlıdır. İctimai təhlükəsizlik sahəsinə insanların həyatı və sağlamlığı, onların əmlakı üçün yaranan və ya yarana biləcək təhlükənin qarşısının alınması və ya onların aradan qaldırılması ilə bağlı olan ictimai münasibətlər aiddir. Xırda xuliqanlıq ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağın sübut edir. Şərh edilən inzibati xətanın obyekti - ictimai qaydadır. Qeyd etməliyik ki, bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hüquq ədəbiyyatlarının məzmunları ilə tanış olarkən ən çox rast gəlinən fikirlər bunlardır ki, xırda xuliqanlığın törədilməsi zamanı (hər bir halda) ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq aktiv hərəkətlərlə (ictimai qaydanı pozan hərəkətlər) xarakterizə edilir, törədilir. Qanunvericilik quruluşuna görə bu maddədə göstərilən inzibati xəta formal tərkiblidir. İnzibati xəta haqqında protokol, şahid ifadələri və işin digər materialları ilə Şəxs insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 -cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və ona 100 manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-4185/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4185/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver