Məhkəmə qərarları › İş №3(125)-419/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-419/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-419/2022 19.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X4 Təhlükəsizlik Bölməsində sahə rəisi vəzifəsində işləyən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 16 avqust 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki uşağı olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak üçün narkotik vasitə əldə edərək, istifadə etmiş, 19 avqust 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, ev 25-də olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və aparılmış müayinə zamanı sidiyində narkotik vasitə marixuana aşkar olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş R.E.Həsənov göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X6 Təhlükəsizlik Bölməsində sahə rəisi vəzifəsində işləyir. Gəncə şəhər Baş Polis İdarəsində daxil olmuş əməliyyat məlumatında Şəxs narkotik vasitərin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirildiyinə görə həmin idarənin X1 baş əməliyyat müvəkkili Qoşqa Alıyev tərəfindən 19 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri ilə Şəxs şübhəli şəxs qismində saxlanılmışdır. Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı, həmin şəxsin sidiyində narkotik vasitə marixuana aşkar olunmuşdur. Sorğu zamanı Şəxs narkotik vasitə qəbul etməsini etiraf etmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmədə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək, göstərdi ki, o, 19 avqust 2022-ci il tarixdə səhər saatlarında yaşadığı ünvanda olarkən, polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, könüllü razılığı əsasında polis əməkdaşları ilə birlikdə getmiş və narkotik vasitələrdən istifadə ilə əlaqədar həkim müayinəsindən keçirilmişdir. Keçirilmiş yoxlama zamanı onun sidiyində narkotik vasitə marixuana aşkar olunsa da, o, narkotik vasitələrdən istifadə etməmişdir. Buna görə onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Sonda Şəxs əməlində inzibati xətanın tərkibinin olmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməsə də, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində verilmiş izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsini etiraf etmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 19 avqust 2022-ci il tibbi müayinə zamanı isə Şəxs narkotik vasitə marixuanadan istifadə etdiyi müəyyən olunmuşdur. Beləliklə, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair göstərdiyi xüsusatlar sübutların məcmusu ilə təkzib olunur. Buna görə də hesab edirəm ki, Şəxs izahatında göstərdiyi həmin xüsusatlar inandırıcı deyildir və özünü müdafiə xarakteri daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş materiallarından görünür ki, Şəxs sol ağ ciyərin infiltraktiv vərəmi dafilma mərhələsində xəstə diaqnozu ilə xəstədir. Şəxs himayəsində 2 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini, xəstəliyini və inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar