Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4200/2025 30.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Umud oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN NBPİ X2 Polis İdarəsi Gəncə stansiyasında X6 İTQ-nin baş inspektoru, polis baş leytenantı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" MMC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Sevinc qəsəbəsi, ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN NBPİ X2 Polis İdarəsi Gəncə stansiyasında X4 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN NBPİ X2 Polis İdarəsi Gəncə stansiyasında X6 İTQnin baş inspektoru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 29 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sözügedən inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində X1 peronunda uca səslə mobil telefonla danışaraq ünvansız nalayiq ifadələr işlətmiş, polisin qanuni əmrinə tabe olmamışdır və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN NBPİ X2 Polis İdarəsi Gəncə stansiyasında X6 İTQ-nin baş inspektoru Nümayəndə inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, X1 peronunda olarkən qohumu ilə mobil telefonla danışarkən alkoqoldan istifadə etdiyi üçün əsəbiləşərək ona ucadan nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər və o onların qanuni tələbinə əməl edərək hüquqazidd hərəkətlərini davam etdirməmiş, üzr istəyərək bir də belə hallara yol verməyəcəyini qeyd etmişdir. Daha sonra onu polis şöbəsinə aparmışlar və sərxoş olduğu üçün DİN-in 102 xidmətinə zəng edərək şikayətçi olduğunu bildirmiş, bir müddət sonra özünə gəldikdə DİN-in 102 xidmətinə müraciət edərək heç bir şikayətinin olmadığını bildirmişdir. O, ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol verdiyinə görə peşmandır. Bir də belə hüquqazidd hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Azərbaycan Respublikası DİN NBPİ X2 Polis İdarəsi Gəncə stansiyasında X6 polis nəfəri Şahid1 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 6-7 radələrində polis nəfəri Şahid2lə birlikdə Gəncə stansiyasının inzibati ərazisində xidmət aparan zaman şəxsiyyəti sonradan onlara məlum olan vətəndaşın mobil telefonla ucadan danışaraq nalayiq ifadələr işlətdiyini eşidərək ona yaxınlaşmışlar və onu nizamintizama dəvət etsələr də, Şəxs onların tələbinə məhəl qoymayaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Həmin vaxt ətrafda digər şəxslər də olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid Azərbaycan Respublikası DİN NBPİ X2 Polis İdarəsi Gəncə stansiyasında X6 polis nəfəri Şahid2 Şahid1 ilə oxşar məzmunlu izahat verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında X1 peronundan keçib evinə gedərkən tanımadığı vətəndaşın əsəbi şəkildə telefonla ucadan danışaraq nalayiq ifadələr işlətdiyini eşitmişdir. Bir qədər sonra polis əməkdaşlarının ona yaxınlaşaraq sakitləşdirməyə çalışdıqlarını görmüşdür. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmasa da, barəsində İXM-in 510-cu maddəsi ilə protokolun tərtibi əsaslıdır. Beləliklə, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. İnzibati protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Şəxs əməlində həmin maddənin tərkibinin olması nə iş materialları, nə də tərəflərin izahatları ilə öz təsdiqini tapır. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:35-də tutulmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2025-ci il tarixli, 4583/2025 nömrəli aktdan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal onun sərxoş halda inzibati xəta törətməsi, yüngülləşdirən hallar isə onun əməlini etiraf etməsi və peşman olmasıdır. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini (ictimai yer olan Dəmiryolu Vağzalının ətrafında ucadan söyüş söyməsini) və onun şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə isə əməldə inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 29 oktyabr 2025-ci il tarixdən, saat 18:35-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 29 oktyabr 2025-ci il tarixdən saat 18:35-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-4200/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4200/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver