Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4203/2025 13.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətində bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 28 oktyabr 2025-ci il tarixli EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Həmin qərara əsasən, guya o yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. Bildirir ki, “MİTSUBİSHİ PAJERO” markalı ** SR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və vəkillik fəaliyyəti ilə məşğul olur. Elə protokolun qeydə alındığı vaxtda da, yəni 02 sentyabr 2025-ci il tarixində o peşə fəaliyyəti ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsində və Gəncə Şəhər Məhkəməsində olub. Yəni o, həmin vaxt qətiyyən protokolun qeydə alındığı M 2, E 60, AH 5 Bakı-Ələt- Qazax- Gürcüstan yolunun, 66-cı kilometrində olmayıb. Buna həm müşahidə kameralarına, həm də Gəncə Apellyasiya Məhkəməsində və Gəncə Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasının audio-video yazısına baxmaqla tam əmin olmaq olar. Bundan başqa, protokola dair “ASAN ödəniş” elekrton portalına yerləşdirilmiş 3 ədəd fotoşəkildən 2-sində onun avtomobilinin fotosu ümumiyyətlə yoxdur və həmin fotolardan açıq-aydın görünür ki, günün işıqlı vaxtıdır. Lakin avtomobilin qeydiyyat nömrə nişanının şəklini əks etdirən 3-cü fotoda isə günün qaranlıq vaxtının olması müəyyən olunur ki, bu da protokolun qanunsuz və əsassız olduğunu bir daha təsdiq edir. Həmçinin, həmin portalda protokola dair video da əlavə olunmamışdır. Bununla bağlı daha əvvəl qəbul edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 02 sentyabr 2025-ci il tarixli EQ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət vermiş, məhkəmə qərarı ilə şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 02 sentyabr 2025-ci il tarixli EQ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Lakin qərarın yenidən araşdırılması üçün ləğv edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən hər hansı araşdırılma aparılmadan yenidən eyniməzmunlu xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 28 oktyabr 2025-ci il tarixli EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin qərardan şikayət vermək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən X3 ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, “MİTSUBİSHİ PAJERO” minik markalı, ** SR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Barəsində qərarın qeydə alındığı vaxtda da Bakı-Ələt-Qazax-Gürcüstan yolunun, 66-cı kilometrində olmamışdır. Bundan başqa, protokola dair “ASAN ödəniş” elektron portalına yerləşdirilmiş 3 ədəd fotoşəkildən 2-sində avtomobilin fotosunun ümumiyyətlə olmamış və həmin fotolardan da açıq-aydın gündüz vaxtı olsa da, avtomobilin qeydiyyat nömrə nişanının şəklini əks etdirən 3-cü fotoda isə günün qaranlıq vaxtı olmuşdur. Həmçinin, həmin portala əlavə edilmiş 1 ədəd videogörüntüdə avtomobilin nömrəsi açıq-aydın görünmür. Bununla bağlı daha əvvəl qəbul edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 02 sentyabr 2025-ci il tarixli EQ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət vermiş, məhkəmə qərarı ilə şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 02 sentyabr 2025-ci il tarixli EQ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Lakin qərarın yenidən araşdırılması üçün ləğv edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən hər hansı araşdırılma aparılmadan yenidən eyniməzmunlu xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, qeyd etdiklərinə əsasən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli qərarın qanunsuz və əsassız olduğunu qeyd edərək sözügedən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 01 sentyabr 2025-ci il tarixində saat 18:14:43-də Bakı- Ələt-Gürcüstan yolu, 66-cı kilometrliyində İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MİTSUBİSHİ PAJERO” minik markalı, ** SR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X2 məxsusdur. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-3341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X1 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2024-5-ci il tarixli EQ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı ilə bağlı sorğu verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən sorğuya cavab olaraq hadisənin videogörüntülərini əks etdirən bir ədəd videogörüntü təqdim edilsə də, həmin videogörüntülərdən “MİTSUBİSHİ PAJERO” minik markalı, ** SR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin olub-olmamasını müəyyən etmək mümkün deyil. Belə olan halda xx.xx.2025-ci il tarixli qərarda göstərilən inzibati xətanın X3 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli qərarla İXM-in 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. Bundan əlavə, Gəncə Şəhər Məhkəməsinin 3(125)-3341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən X1 şikayəti qismən təmin edilməklə, Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2024-5-ci il tarixli EQ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Lakin, Gəncə Şəhər Məhkəməsinin 3(125)-3341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd olunan xüsusatlar araşdırılmadan yenidən xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli qərarla X1 İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Belə ki, inzibati xətanın kim tərəfindən törədildiyi dəqiq müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Məhkəmə, X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 30365651 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-4203/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4203/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver