Məhkəmə qərarları › İş №3(125)-4211/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4211/2025

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4211/2025 06.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Qərardan şikayət verən şəxs Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin rəis müavini Azər Rəhimov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 3-17- 5/1-49251/2025 nömrəli qərardan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru X1 şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru X5, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin rəis müavini Azər Rəhimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/1-49251/2025 nömrəli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X12 guya əmək hüququnun pozulması iə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, nəticədə Kollecin direktoru olaraq mənə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 25 iyul 2025-ci il tarixdə MN ******* nömrəli inzibat inzibati cərimə qərarı qəbul edilərək 1500 manat məbləğində cərimə edilmişəm. Qərar faktiki hallara deyil, subyektiv və birtərəfli mülahizələrə əsaslanmış, araşdırma zamanı obyektivlik, qərəzsizlik və tam araşdırma prinsipləri kobud şəkildə pozulmuşdur. Müfəttişliyin qəbul etdiyi nəticələr, təqdim olunan sübutların məzmununa və faktların reallığına uyğun gəlmir. Belə ki, Gəncə Dövlət Universitetinin nəzdində X3 müdiri X12 özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 05 iyun 2025-ci il tarixdə AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.Bundan qabaq işçi X12 əmək funksiyalarının icrası zamanı yol verdiyi ciddi nöqsanlara görə ona xx.xx.2025ci il tarixli 103 nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin o, həmin intizam lərıuehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Bundan sonra X26 öz məsuliyyətsiz hərəkətləri nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 182-ci maddəsinə əsasən qəbul edilmiş müəssisədaxili intizam qaydalarını pozmuşdur, işçi X6 hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" və "ə" bəndlərinin tələblərinə əsasən e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvəri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən haldır. Bu isə işçi ilə bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikasının 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ’ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.Kollecin 333A2 qrup tələbəsi Famil Aslanov xx.xx.2025-ci il tarixdə mənə müraciət edərək rəhbərlik etdiyim kollecin Labortoriya müdiri Səidə Talıbovanın ondan təcrübədə iştirak etməmək müqabilində 200 manat pul aldığını bildirmişdir, onun **********642025 saylı Kapital Bankın hesab kartına mart ayının 20-də əvvəlcə ozuoə məxsus **********905870 saylı Kapital Bankın hesab kartından 100 (iki yüz) manat, sonra isə aprel ayının 20-də isə yenidən 100(yüz) manat pul göndərmişdir. Sonradan ona pul verdiyinə peşman olduğu üçün bu barədə direktora məlumat vermişdir. Tərəfimdən Kollecin daxilində baş verən daxili nizam-intizam qaydalarının pozulması halı aşkar olunaraq araşdırma başlanılmış və xx.xx.2025-ci il tarixdə DİN-in 102 Xidməti zəng Mərkəzinə zəng edərək məlumat vermişəm ki, rəhbərlik etdiyim kollecin Laboratoriya müdiri Səidə Talıbovanın kollecin 333A2 qrup tələbəsi Famil Aslanovdan təcrübədə iştirak etməmək müqabilində 200 manat pul aldığını aşkar etmişik və əmələ hüquqi qiymət verilməsi üçün qanunvericiliyə müvafiq olaraq araşdırma aparılmasını xahiş etmişəm, iş materiallarından göründüyü kimi, müraciət xx.xx.2025-ci il tarixdə Gəncə şəhər 3-cü PB-də 1 nömrəli Hadisə Kitabında HK-1/407 sayla qeydiyyata alınaraq icraata qəbul edilmişdir.Gəncə şəhər 3-cü PB-in baş təhqiqatçı polis mayoru Çərkəz Mustafaoğlu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar qərar qəbul edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5 və X11 müraciətləri əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin işdə olan izahatlardan da görünür ki, Səidə Talıbova həqiqətən də X7 200 manat pulu almışdır. 3-cü PB-in baş təhqiqatçısı, polis mayoru Çərkəz Mustafaoğlu "xxxx" ASC vasitəsi ilə köçürülən 200 manat pulun lotereya pulu olmasının mötəbərliyini müəyyən etməmişdir. Əgər lotereya pulu idisə, Səidə Talıbovanın kartına əvvəlki aylar üçün həmin məbləğin eyni karta köçürülüb köçürülməməsini əsaslandırmamış və neçə nəfərdən ibarət şəxslərin loterya oynadığını müəyyən etməmişdir. Bu səbəbdən tərəfimizdən qanunların icrasına nəzarət edən prokurorluğa müraciət edilmiş və Gəncə şəhər Prokuroru xx.xx.2025-ci il tarixdə 2-2415/2- 1731130/2025 saylı qərarla sözügedən materail üzrə təhqiqatçı tərəfindən qəbul edilmiş qərarı əsassız hesab edərək ləğv etmişdir. Material əlavə araşdırma üçün Gəncə şəhər BPİ-nin istintaq və Təhqiqat idarəsinə göndərilmişdir. Hazırda material istintaq idarəsinin müstəntiqi Röyal Verdizadənin icraatındadır. Heç bir hüquqi təhsili olmayan şəxs belə qərarla tanış olan zaman anlaya bilər ki, bu qərar mötəbər sayıla bilməz. Belə ki, qərarın ilkin hissəsində X25la laboratoriya müdiri Səidə Talıbova arasında pul müqabilində sövdələşmə faktı göstərilmişdir. Bu hal rəhbərliyə məlum olduqdan sonra hər iki şəxs törətdikləri əməli səmimi şəkildə etiraf etmiş və səhvlərini anladıqlarını bildirmişlər ki, bu da təhqiqatçı tərəfindən təsdiq olunmuşdur. Lakin qərarın son hissəsində hadisənin təqdimat tərzi reallıqdan uzaq, sanki “cizgi filminin ssenarisi”nə bənzər şəkildə qurulmuşdur. Bu isə qəbul etdiyimiz qərarın obyektivliyini şübhə altına almaq təəssüratı yaradır. Hardansa tərəflərin yadına düşüb ki, tələbənin anası Məlahət adlı şəxslə Səidə Talıbova və deməsinə görə F.Aslanovun anası X4 qardaşı arvadının bacısı X8 ilə lotereya (yəni növbəli şəkildə hər ay yığılan pulu bir nəfərin götürməsi) oynamışlar və iş materallarında digər yerdə isə X18 Talıbovanın bibisi qızı kimi təqdim edilmişdir, işin mahiyyətindən uzaqlaşdırıb diqqəti loterya oyununa yönəltmək aşıq-aşkar qurama xarakterli iş kimi görünür. Bu işi mahiyyətindən uzaqlaşdırmaq, əsas faktlardan diqqəti yayındırmaq və süni qaydada qurulmuş “loterya oyunu" yaratmaq məqsədi nəyə xidmət etdiyi mənə hələ də məlum deyil. Halbuki, əminliklə deyə bilərəm ki, Səidə Talıbova bu hadisəyə qədər nə tələbə F. Aslanovun anası Məlahəti nə də ki, sonradan işə məqsədli şəkildə cəlb edilmiş Şahnaz adlı xanımı tanımamış nə də ki, “lotereya" oynamamışdılar. Bununla bağlı video görüntülə mövcuddur . Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, 28 nömrəli əmrdə göstərilmişdir ki, laboratoriya müdiri vəzifəsində işləyən X12 tələbənin tədris təcrübəsinə gəlməməyi müqabilində ondan pul almışdır. Belə ki, Səidə Talıbova xx.xx.2025-ci il tarixli izahatında kollecin 333 A2 qrup, sonuncu kurs tələbəsi X9 tədris təcrübəsinə gəlmədiyini və onun müqabilində 200 manat pul vəsaiti aldığı etiraf etmiş, sonradan həmin işi həll edə bilmədiyi üçün 500 manat pulu tələbəyə qaytardığım bildirmişdir. X2 xx.xx.2025-ci il tarixli izahatında həqiqətən də həmin pulu Səidə Talıbovaya verdiyini qeyd etmişdir. X10 müraciətində göstərilən iddialar əsassız və sübutsuz olmuşdur. Lakin müfəttiş araşdırmanı birtərəfli apararaq, işçinin subyektiv bəyanatlarına hüquqi əsas kimi istinad etmişdir Nəticədə qəbul edilən qərar nə nuquq nə də faktiki baxımdan ədalətli hesab edilə bilməz. Bütün bunlara baxmayaraq tərəfimdən yuxarı instansiya orqanı X13 rəsmi qaydada müraciət edilmiş, müracətim onlar tərəfindən araşdırıldıqdan sonra xx.xx.2025-ci il tarixdə 3-17-5/1-49251/2025 saylı işin hallarını detallı şəkildə araşdırmadan şablon və formal xarakterli qərar qəbul etmişdilər. Belə hallarla inzibati orqanlar tərəfindən qərar qəbul edilməsi, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş müdafiə hüququnun, həmçinin İnzibati Prosessual Məcəllənin 10, 11 və 12-ci maddələrində göstərilən obyektivlik, qanunilik və ədalətlilik prinsiplərinin pozulması deməkdir. Qərarın qüvvədə saxlanılması hüquqi dövlət anlayışına və ədalət prinsiplərinə ziddir, həmçinin Kollecdə olan sağlam mühitə mənfi təsir göstərir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 79, 80, 81 və 82-ci maddələrinə əsaslanaraq, X16 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/1- 49251/2025 qərarı ləğv edib, mənə qarşı inzibati xətanın tərkibinin olmadığı barədə qərar qəbul edəsiniz, məhkəmə xərclərinin cavabdeh orqanın üzərinə qoyulmasını təmin etməyi məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarı qəbul etmiş orqanın nümayəndəsinə lazımı qaydada məlumat verilsə də, orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Kollecin labarotoriya müdiri Səidə Talıbovanın cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec” Publik hüquqi şəxsinə qarşı “əmrin edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının son qərarı verilmədiyindən, eləcə də Gəncə şəhər 3-cü polis şöbəsində X11 şikayət əsasında S.Talıbova barəsində toplanmış material üzrə qəbul edilmiş qərar Gəncə şəhər Prokurorluğu tərəfindən ikinci dəfə ləğv edilərək bu məsələnin aydınlaşdırılması yenidən təhqiqat şöbəsinə göndərildiyindən qeyd edilən məsələ üzrə son qərar verilməsi xüsusi əhəmiyyətli kəsb edir. O, qeyd edilənləri nəzərə alıb Ali Məhkəmənin qərarı qəbul edilənə qədər hazırkı şikayəti üzrə icraatın dayandırılması və eyni zamanda İXM-nin 192.6-ci maddəsinə əsasən barəsində olan inzibatı qərara görə 1500 manat məbləğində inzibati cərimənin əmək haqqından tutulmasının dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. O, məhkəmə iclasına sədrlik edənin sualına cavab olaraq şikayət üzrə Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125) -3132/2025 saylı qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət verdiyini və şikayətinin təmin olunmayaraq Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-3132/2025 saylı qərarının qüvvədə saxlanıldığını qeyd etmişdir. O, eyni zamanda bildirmişdir ki, apellyasiya şikayəti verən zaman barəsində qəbul edilmiş 25 iyul 2025-ci il tarixdə MN ******* nömrəli inzibati qərardan həmçinin qərarı qəbul etmiş inzibati orqana yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə şikayət etmişdir və o, hazırda barəsində olan 18 sentyabr 2025-ci il tarixli 3-17- 5/1-49251/2025 nömrəli qərardan narazıdır. Beləliklə, məhkəmə şikayətçinin izahatına və iş üzrə eyni şikayət üzrə qəbul edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125) -3132/2025 saylı qərarını və həmin qərardan verilmiş şikayət üzrə Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-598/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd etməlidir ki, iş materiallarına əsasən şikayətçi X.Xudiyeva barəsində ilkin olaraq 25 iyul 2025-ci il tarixdə MN ******* nömrəli inzibat inzibati cərimə qərarı qəbul edilərək 1500 manat məbləğində cərimə edilmişdir. X.Xudiyeva qanunla ona verilə hüquqdan istifadə edərək bu qərarı həm qərarı qəbul etmiş orqanın şikayət instansiyasında, həm də məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə şikayət üzrə həm şikayət instansiyasının, həmçinin Gəncə şəhər və Gəncə Apellyasiya Məhkəmələrinin mövqeyini aşağıdakı kimi şərh edilməsini məqsədəmüvafiq hesab edir: İlk öncə məhkəmə şikayət instansiyasında baxılan və müvafiq qərar qəbul edilmiş hala münasibət bildirərək qeyd edir ki, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar şikayət instansiyası tərəfindən yoxlanılaraq X.Xudiyevanın şikayətini təmin etməmiş və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar üzrə şikayətə həmçinin Gəncə Şəhər Məhkəməsində xx.xx.2025-cil il tarixdə baxılmış və X.Xudiyevanın şikayəti təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-3132/2025 nömrəli, xx.xx.2025-cil il tarixli, sözügedən qərarından X.Xudiyeva tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-598/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Gəncə Şəhər Məhkəməsininin xx.xx.2025-cil il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həm şikayət instansiyanın qərarını, həm də Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-598/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında əks edilmiş hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, hazırkı şikayət üzrə baxış predmeti xx.xx.2025-ci il tarixli, 3-17-5/1-49251/2025 saylı qərar ola bilməz. Belə ki, şikayətçinin ərizəsində qeyd etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-5/1- 49251/2025 saylı qərar xx.xx.2025-ci il tarixli MN0023668 tarixli qərarla bağlıdır və həmin qərardan verilən şikayətə Gəncə Şəhər Məhkəməsində baxılmış, şikayət təmin edilməmişdir. Daha sonra isə şikayətçi həmin qərardan Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermiş və bununla bağlı Gəncə Apellyasiya Məhkəməsinə 3(104)-598/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən şikayət təmin olunmamış və Gəncə Şəhər Məhkəməsinin 16 sentyabr 2025-ci i tarixli, 3(125)- 3132/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə sonuncu qərar qanuni qüvvəyə minmişdir.(Qeyd: İXM-nin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest haqqında qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquq nəzəriyyəsinə əsasən şikayət instansiyası tərəfindən dəyişdirilmiş və ya ləğv edilmiş qərar yeni baxış predmeti ola bilər. Hazırkı vəziyyətdə isə xx.xx.2025-ci il tarixli qərarla əvvəlki qərar təsdiq edildiyindən şikayətçi X.Xudiyeva üçün mübahisə predmeti xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar ola bilərdi. Lakin qeyd edildiyi kimi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar və onun doğurduğu hüquqi nəticələr məhkəmələr tərəfindən yoxlanılmış və qərarın hüquqa uyğunluğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə preyudisiallıq ilə bağlı məsələyə də toxunmağı məqsədəmüvafiq hesab edir: “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən - Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: 1) konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; 2)bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; 3) hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Beləliklə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yuxarıda sadalanan hallara və məhkəmənin gəldiyi hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, hazırda baxılan X.Xudiyevanın şikayət üzrə qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-598/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı mövcuddur və beləliklə sözügedən şikayət üzrə həmin qərar qanuni qüvvəsini almışdır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17- 5/1-49251/2025 nömrəli qərarının qanuni və əsaslı olmasına dair qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-598/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-49251/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar