Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4224/2024 23.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin DYPŞ-nin 16 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər DYPŞ tərəfindən tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli protokolun və 16 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan ‘‘Toyota HİGHLANDER” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 noyabr 2024-cü il tarixində Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə saat 18:56 radələrində hərəkətdə olarkən Gəncə şəhəri YPX-nin sonradan adını bildiyi Baş inspektor polis leytenantı X2 xidməti avtomobillə ona yaxınalşaraq mobil telefonla danışdığını bildirmişdir. O, isə cavabında telefondan istifadə etmədiyini, onun avtomobilində olan texnologiyalarla telefonu qulağa tutub danışmağa ehtiyac olmadığını bildirdikdən sonra o, ekipaj üzvi ilə birlikdə yanından uzaqlaşmış və bir müddət sonra onun telefonuna SMS gəldiyini və cərimə olunduğunu bilmişdir. Cərimənin nə üçün yazıldığını yoxladıqda barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024 tarixli İXP ******* protokol və xx.xx.2024 tarixli TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İXMnin 342.6-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunmağı qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, həmin protokoldan ümümiyyətlə məlumatı olmamış, həmin inzibati xətanın harada hansı formda törədilməsi ilə bağlı şəkil və video sistemə yerləşdirlməmişdir. Həmçinin polis inspektoru öz vəzifə borcunu “Yol-patrul xidməti haqqında Təlimat”ın 1 nömrəli əlavəsinin tələblərini kobud surətdə pozmaqla ona protokol tərtib etmişdir. Belə ki, özünü təqdim etməmiş, protokol tərtib etməsi barədə məlumatlandırmamış, hadisə barədə heç bir subut təqdim etməmişdir. Odur ki, barəsində çıxarılmış qərar ilə razı deyil, həmin qərar maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana və qərardan şikayət vermiş şəxs X4 lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və şikayət verən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında (xx.xx.2024-cü il tarixdə) iştirak etmiş qərardan şikayət vermiş şəxs X6 şikayət ərizəsinin məzmununa uyğun ifadə vermiş, həmçinin əlavə olaraq bildirmişdir ki, barəsində inzibati protokolu və qərarı qəbul edilmiş X2 ona qarşı qərəzlidir, dəfələrlə heç bir əsas olmadan onun avtomobilini saxlamış və ona əsassız cərimələr yazmışdır. O, X1 məhkəmə iclasına çağıralaraq dindirilməsini, inzibati xəta törətməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməsini və barəsində tərtib edilmiş 16 noyabr 2024cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati protokolu tərtib etmiş X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək video görüntü təqdim etmiş və işə onun iştirakı olmadan baxılmasını, həmçinin qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayətçinin ərizəsini nəzərdən keçirərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş video görüntüdə X3 telefonla danışması əks olunmamışdır. - Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX baş inspektor polis leytenantı X2 tərəfindən tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X6 tərəfindən 16 noyabr 2024-cü il tarixdə, saat 18:56-da Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. - Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX baş inspektor polis leytenantı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, 16 noyabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, 16 noyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarla X3 İXM-in 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, 16 noyabr 2024cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər BPİ-nin DYPŞ-yə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Gəncə şəhər BPİ-nin X8 Şöbəsi tərəfindən X6 barəsində qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Gəncə şəhər X8 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4224/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4224/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver