Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4231/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X13 Gəncə Regional İdarəsinin nümayəndəsi, mütəxəssis X1 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin direktoru X2 iştirakları ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-cı maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X13 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X13 Gəncə Regional İdarəsindən Şəxs ASC barəsində İXM-in 326-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs ASC-nin müvəqqəti istismarında olan nəqliyyat vasitələrinin sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsinin həyata keçirilməməsi aşkar edilmişdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X13 Gəncə Regional İdarəsinin nümayəndəsi X3 izahatında bildirdi ki, Şəxs ASC-in müvəqqəti istismarında olan nəqliyyat vasitələrinin şəhərdaxili marşrut xəttləri üzrə sürücülərin yoxlama zamanı reysqabağı tibbi müayinədən keçirilməsinin həyata keçirilməməsi aşkar edilmişdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli, 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın tələblərinə əməl olunmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tərkib əlamətləri yaranmışdır. Qeyd olunanlara əsasən Şəxs ASC-nin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin direktoru X4 bildirmişdir ki, protokolda qeyd edilən əməl həqiqətən də törədilmişdir. Belə ki, sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi təşkil edilir. Amma həmin vaxt sürücülərin bir neçəsinin reysqabağı tibbi müayinədən keçirilməsi təmin edilməmişdir. Artıq bütün sürücülərin tibbi müayinədən keçirilməsi təmin olunur. Qeyd olunanlara əsasən hüquqi şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin müdiri X5, texniki xidmətlər üzrə kiçik mütəxəssis X8 və texniki xidmətlər üzrə kiçik mütəxəssis X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində şəhərdaxili sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinə nəzarət məqsədi ilə Gəncə şəhərində aparılan yoxlama zamanı və bununla yanaşı verilmiş sorğuya əsasən 36.6 X15 klinikası ilə Azerbaijan Ground Services MMC tərəfindən alınmış tibbi və texniki arayışlara uyğun olaraq hüquqi şəxs Şəxs ASC-nin müvəqqəti istismarında olan marşrut xətti üzrə işləyən nəqliyyat vasitələrinin sürücülərinin qanunvericiliyə əsasən reysqabağı tibbi müayinədən keçmədən marşrut xəttinə buraxılması aşkar edilmişdir. -xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, “36.6 Med Referans” tibb məntəqəsində Şəxs ASC tərəfindən xx.xx.2024-cü il tarixində - 41, xx.xx.2024-cü il tarixində - 30 və xx.xx.2024-cü il tarixində 38 şəhərdaxili ictimai nəqliyyat vasitəsinin sürücüsü reysqabağı tibbi müayinədə iştirak etmişdir. -20 noyabr 2024-cü il tarixli "xxxx" MMC Texniki müayinənin təşkili şöbəsinin Gəncə 9 saylı Regional məntəqəsinin mütəxəssisi Bəxtiyar Kərimli tərəfindən verilmiş arayışın surətindən görünür ki, Şəxs ASC tərəfindən xx.xx.2024-cü il tarixində - 95, xx.xx.2024-cü il tarixində - 94 və xx.xx.2024-cü il tarixində 94 şəhərdaxili ictimai nəqliyyat vasitələrinin sürücüləri reysqabağı texniki müayinədə iştirak etmiş və ümumilikdə 283 avtonəqliyyat vasitəsi reysqabağı texniki müayinədən keçirilmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2009-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və istifadəsində olan nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi” Qaydasının 3.3 və 3.4-cü bəndlərinə əsasən sürücülərin reysqabağı tibbi müayinəsi müvafiq tibb müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli, 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”na əsasən: • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər (2.2-ci bənd); • Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir (2.3-cü bənd); • Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir (2.8-ci bənd); • Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır (2.10-cu bənd); • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər (3.2-ci bənd); • Sürücülərin reysqabağı tibbi müayinəsinin nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən Sürücülərin reysqabağı tibbi müayinə jurnalı”nda aparılır (3.8-ci bənd); • Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar (3.10-cu bənd). Məhkəmə araşdırması zamanı Şəxs ASC tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil edilməməsi öz təsdiqini tapmış və bununla da Şəxs ASC tərəfindən İXM-in 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur, Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC (VÖEN **********, hüquqi şəxsin ünvanı – ünvan 1cəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-4231/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4231/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver