Məhkəmə qərarları › İş №3(125)-4255/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4255/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4255/2025 27.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş polis baş leytenantı Nümayəndə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 21-də idarə etdiyi “İJ 27175” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, M.Bağırov küçəsində hərəkətdə olan zaman arxadan gələn “VAZ 21011” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkət qaydalarını pozaraq idarə etdiyi “İJ 27175” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxadan vuraraq arxa sol qanadını və arxa sol stopunu qırıb zərər vurmuşdur. Buna baxmayaraq, o, heç bir qayda pozuntusu törətmədiyi halda Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 polis leytenantı Nümayəndə barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmiş və onun guya əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələbini pozması qeyd edilmişdir. Gəncə şəhəri, M.Bağırov küçəsində hərəkətdə olan zaman arxadan gələn “VAZ 21011” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili “İJ 27175” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxadan vurub ona zərər vurmuşdur. Göründüyü kimi qərar qanunsuz və əsassızdır. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Heç bir qanun pozuntusu etmədiyi halda barəsində protokol tərtib olunaraq əsassız yerə 40 manat cərimə olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş X4 ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 21-də idarə etdiyi “İJ 27175” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, M.Bağırov küçəsində hərəkətdə olan zaman arxadan gələn “VAZ 21011” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkət qaydalarını pozaraq onun idarə etdiyi “İJ 27175” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxadan vuraraq arxa sol qanadını və arxa sol stopunu qırıb zərər vurmuşdur. Buna baxmayaraq, o, heç bir qayda pozuntusu törətmədiyi halda Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 polis leytenantı Nümayəndə barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmiş və onun guya əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələbini pozması qeyd edilmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə zamanı DİN 102 xidmətinə müraciət etmiş, baş vermiş avtoqəza hadisəsi ilə bağlı məlumat vermişdir. Qəza və sığorta eksperti tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Onu vuran “VAZ 21011” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sürücülük vəsiqəsi belə yoxdur. O, yol boş olduğundan qabaqdakı maşını vurmamaq üçün öz yoluna, yəni sola dönmüş, artıq hərəkətə başlayan zaman arxadan sürətlə “VAZ 21011” minik markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobili gəlib ona məxsus avtomobilin arxa sol qanadını və arxa sol stopunu qırıb zərər vurmuşdur. “VAZ 21011” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini vurduqdan sonra avtomobili sola doğru meyillənmişdir. Belə ki, avtomobilini yerindən tərpədən zaman qəza işıqları yanılı olmuş, həmçinin avtomobilin güzgüsündən arxadan gələn avtomobili görmək mümkün olmamışdır. Sonda xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. X4 əvvəlki məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş polis baş leytenantı Nümayəndə verdiyi boş kağıza imza etdiyini bildirsə də, sonuncu məhkəmə iclasında izahatı özünün yazdığını təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş polis baş leytenantı Nümayəndə izahatında bildirdi ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. xx.xx.2025-ci il tarixdə baş vermiş avtoqəza hadisəsinin videogörüntüləri təhlükəsiz şəhər kameralarından əldə edilmişdir. Videogörüntülərdən də aydın surətdə görünür ki, yolun sağ kənarında dayanan etdiyi “İJ 27175” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili “VAZ 21011” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili öz yolu ilə hərəkətdə həmin avtomobili gözləmədən hərəkətə başlayır və onun qabağına keçir. Belə ki, hazırkı vəziyyətdə “İJ 27175” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili VAZ 21011” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili gözləyib hərəkət etməli idi. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 21-də Gəncə şəhəri, M.Bağırov küçəsində “İJ 27175” yük markalı, **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində - əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmədə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. -Qərara əlavə edilmiş X5 tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21-də **-MA-*** nömrəli avtomobil anidən önünə keçərək yavaşımış və o da arxadan toqquşmuşdur, xəsarət alan olmamışdır. -Qərara əlavə edilmiş X4 tərəfindən verilmiş izahatdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində M.Bağırov küçəsində **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yolun sağ hissəsində saxlamışdı. Hərəkətə başlayıb yola düzəlirdi ki, “VAZ 21011” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ ön hissəsi ilə avtomobilin sol arxa hissəsini vurmuşdur. Hadisəni görən şahidləri var. İzahatı özü yazmışdır. -xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, X4 və X5 alkoqol müəyyən edilməmişdir. -İş materiallarına X1 idarə etdiyi “İJ 27175” yük markalı, **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “VAZ 21011” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması görüntülərini əks etdirən üç ədəd “DVD” disklər əlavə edilmişdir. -İş materiallarına “İJ 27175” yük markalı, **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “VAZ 21011” minik markalı, **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil arasında baş vermiş avtoqəzanın videogörüntüləri əlavə edilmişdir. -İş materiallarına X2 məxsus sürücülük vəsiqəsi və “İJ 27175” yük markalı, **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin nəqliyyat şəhadətnaməsi əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi hadisənin görüntülərini əks etdirən “DVD” diskdə olan videogörüntü ilə tam təsdiq olunur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında X1 əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması ilə bağlı videodiskə baxış keçirilən zaman təqdim olunan görüntüdən şikayətçinin pozuntu törətdiyi aşkar görünür. Onun gətirdiyi dəlilləri isə məhkəmə şəxsin məsuliyyətdən yayınması üçün gətirdiyi dəlillər hesab edir. Belə ki, X4 hərəkətə başlamazdan əvvəl arxadan gələn nəqliyyat vasitəsini görməli, yolda hərəkətin təhlükəsizliyini təmin etdiyindən əmin olduqdan sorna hərəkətə başlamalı idi. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar