Məhkəmə qərarları › İş №3(125)-4259/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4259/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4259/2024 02.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 2-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Məmmədov X3 tibbi yoxlamadan keçirilən zaman sidik nümunəsindən marixuana adlanan narkotik vasitə istifadə etdiyi məlum olmuşdur. Həmçinin inzibati binada uca səslə səs-küy salmış və nəticədə Azərbayan Respublikası İXM-in 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər 2-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi X2 çıxışında xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Müseyib Qədimov raportla müraciət edərək əməliyyat məlumatı əsasında adı sonradan məlum olan Şəxs narkotik vasitə istifadə etməsi ilə bağlı məlumat daxil olduğunu bildirmişdir. Həmin məlumat əsasında vətəndaşla telefon əlaqəsi yaradılaraq 2-ci PŞ-nə dəvət edilmiş və Narkoloji Dispanserdə sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan müayinədə THC narkotik vasitəsi istifadə etməsi aşkar edilmiş, həmçinin Şəxs inzibati binanın içərisində uca səslə nəlayiq ifadə işlətdiyinə görə İXM-nin 510 və 206-cı maddələri ilə barəsində protokol tərtib edilmişdir. Daha sonra məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, Şəxs uca səslə nəlayiq ifadə işlətməsini görməmiş, sadəcə raport əsasında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o narkotik vasitə istifadəçisi deyil, 2 həftə bundan öncə toy mərasimində bilməyərəkdən siqaret əvəzinə narkotik vasitə istifadə etmişdir. O, Abbas Səhhət küçəsində olarkən ağ “Niva” markalı avtomobil ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirdikdən sonra onu şöbəyə dəvət etmişlər. Daha sonra Narkoloji dispanserə aparılaraq müayinə olunmuş, müayinə zamanı onun sidiyində marixuana aşkar edilmişdir. İfadəsinin sonunda isə o, İXM-nin 510-cu maddəsi ilə özünü təqsirli bilməyərək heç kimlə uca səslə danışmadığını və nəlayiq ifadə işlətmədiyini bildirmişdir. Daha sonra Şəxs narkotik vasitə istifadə etdiyi üçün əməlindən peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyinə məhkəmə qarşısında söz vermiş və barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan: - 30 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs həmin gün saat 16:40-da inzibati qaydada tutulmuşdur. - Gəncə şəhəri Narkoloji Dispanserinin 02 dekabr 2024-cü il tarixli 1917 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - 02 dekabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM 510 və 206-cı maddələrinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində yalnız İXM-in 206-cı maddəsi ilə inzibati tənbeh olunaraq məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilməlidir. Çünki işin faktiki hallarından görünür ki, Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətməsi sübuta yetirilməmiş, onun inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmiş, həmçinin 2-ci PŞ-nin əməkdaşları məhkəməyə gəlməyərək şahid qismində izahat verməmişlər. İnzibati protokol raport əsasında tərtib edilmiş, Şəxs inzibati xətanı törətməsində təqsirini sübuta yetirmək üçün inzibati araşdırma aparılmamışdır. Şəxs narkotik vasitə istifadə etməsi İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikası 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyalarında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş 300 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar