Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4261/2025 13.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərarından şikayət verilən polis kiçik serjantı Nümayəndə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 iştirakı ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 343.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X6 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, qardaşı X5 məxsus “Vaz 21723” markalı 90EJ072 dövlət nömrə nişanlı avtomobili vardır. 30 oktyabr 2025-ci il tarixdə qardaşı Elvin həmin avtomobili onun xahişi əsasında idarə etmək üçün iş yoldaşı X8 vermiş və həmin gün iş yoldaşları Camal Abdullayev, İlkin Sadıqov, Elcan Bayramov, o və Amin Əliyev birlikdə Gəncə şəhəri, Yeni Gəncədə yerləşən “Kalyon” adlı kafedə axşam gedib yemək yeyib təxminən gecə saat 24 radələrində yeməkxanadan çıxıb yaşadıqları Gəncə şəhəri, Sevinc qəsəbəsi 23-cü küçədə yaşayan Elcan Bayramovu evlərinə düşürmək üçün getmişlər və orada Elcangilin evinin qarşısında Amin maşını saxlamışlar, onlar yerə düşmüşlər. Həmin vaxt Amingil yerdə siqaret çəkib söhbət edən zaman o siqaret çəkmədiyi üçün gəlib avtomobilin sükanı arxasına oturub avtomobildə olan maqnitafonu açıb musiqi dinləməyə başlamışdır. Təxminən 3-4 dəqiqə sonra orada olarkən həmin küçəyə bir yol patrul xidməti avtomobili gəlib dayanmış və həmin avtomobildən Elgün adlı əvvəlcədən tanıdığı yol patrul xidməti inspektoru düşüb ona yaxınlaşaraq sual vermişdir ki, avtomobil kimə məxsusdur? O isə cavabında qardaşına demişdir. Sonra soruşmuşdur ki, sən idarə edirsən? Cavabında özünün yox, iş yoldaşı Aminin idarə etdiyini bildirmişdir. Bu vaxt ondan spirtli içki qəbul edib-etmədiyini soruşanda spirtli içki qəbul etdiyini demişdir. Bundan sonra polis əməkdaşı avtomobili cərimə meydançasına aparacağını bildirib ondan keçib ön oturacaqda oturmağını tələb etmişdir. Həmin vaxt yanında olan iş yoldaşları onlara yaxınlaşıb aralarında gedən söhbətləri eşidib Amin adlı iş yoldaşı yol polis əməkdaşı Elgünə bildirmişdir ki, “avtomobili mən idarə edirəm, gözl,ə avtomobil sahibi gəlsin, sonra cərimə meydançasına apar”. Lakin Elgün deyilənlərin heç birinə məhəl qoymayıb qardaşının avtomobilinin sükan arxasına keçərək avtomoblini idarə edib onunla birlikdə Gəncə X13nə aparmışdır. Yolda gedərkən o dəfələrlə polisə əssasız aparıldığını, avtomobili idarə etmədiyini desə də, o, qulaq asmaq istəməmişdir. Bundan sonra polis əməkdaşı X13ndə təkidlə alkotesterə üfürməyini tələb edəndə bundan imtina etmişdir. Bundan sonra polis əməkdaşı onu həbs edəcəkləri ilə hədələyib götürüb oradan Kəpəz rayon 2-ci polis şöbəsinə aparmışdır. Orada növbətçi otağına keçib növbətçi polis əməkdaşı ilə nəsə danışdıqdan sonra növbətçi polis əməkdaşı Elgün adlı polis əməkdaşına onu polisdə saxlamaq üçün heç bir əsaslarının olmadığını bildirərək ondan niyə sərxoşluq müayinəsindən keçmək istəmədiyini soruşanda ona da vəziyyəti izah edib avtomobil idarə etmədiyini və qanunsuz polisə gətirildiyini bildirmişdir. Bundan sonra Elgün məcbur olub onu oradan götürüb Gəncə şəhər narkoloji dispanserinə aparmışdır. Orada narkoloq həkim də ona sərxoşluq müayinəsindən keçməyi təklif edəndə ona da vəziyyəti izah edib məhz bu səbəbdən alkotesteri üfürmək istəmədiyini bildirmişdir. Bundan sonra Elgün məcbur qalıb həmin gecə onu evə buraxdı. Səhəri gün isə məlum olmuşdur ki, onun barəsində guya inzibati xəta törətməyinə dair inzibati protokol tərtib olunub. Həmin inzibati protokolu gedib 03 noyabr 2025-ci ildə yol polisindən götürən zaman məlum olmuşdur ki, protokolu Elgün yox, tanımadığı, heç üzünü belə görmədiyi Nümayəndə adlı başqa bir yol polis əməkdaşı tərtib edib. Həmin yol polis əməkdaşı eyni zamanda ondan başqa qardaşı Elvinə də qanunsuz olaraq avtomobili başqa şəxsə verdiyinə görə inzibati cərimə yazmışdır. Həmin gün Yeni Gəncədə “Kalyon” adlı yeməkxanada yemək yeyib, oradan qayıdıb Sevinc qəsəbəsi 23-cü küçəyə gələnə qədər avtomobili iş yoldaşı X9 idarə etmişdir. Yeni Gəncədəki həmin yeməkxanadan gəlib dayandıqları Sevinc qəsəbəsindəki 23-cü küçəyə qədər yolda neçə yerdə Təhlükəsiz Şəhər kameraları mövcuddur. Həmin kameralara baxılaraq orada avtomobilin kim tərəfindən idarə edilməsi müəyyən edilə bilər. Digər yandan barəsində tərtib olunan inzibati protokola nəzər yetirərkən məlum olur ki, barəsində olan həmin qanunsuz inzibati protokolu onu polisə aparan Elgün yox, tamam başqa yəni Nümayəndə adlı bir yol polis əməkdaşı tərtib edib ki, həmin yol polis əməkdaşı da onları harada saxladığını heç özü belə bilmir. Çünki həmin inzibati protokolda iddia edilən inzibati xətanın aşkar etdiyi yer kimi ünvan 1 ünvanı göstərilib. Halbuki həmin gün onlar ümumiyyətlə həmin küçədən keçməmiş, nə də onlara orada nə Elgün adlı nə də başqa bir yol polis əməkdaşı gəlib yaxınlaşmayıb. Daha sonra həmin saxta inzibati protokola nəzər yetirərkən məlum olur ki, inzibati protokol belə natamam tərtib edilib. Belə ki, inzibati protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə, inzibati xətanı aşkar edən zaman iştirak edən şahidlər(həmin vaxt orada ondan başqa 4 nəfər şahid olmuşdur) inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında iş üzrə zəruri olan digər məlumatlar və s. hissələr tam boş saxlanılmışdır. Əvvəla o, həmin gün avtomobili idarə etməmişdir, bunu təsdiq edən yanında 4 nəfər şahid var. Lakin barəsində tərtib edilmiş İXP7551481 nömrəli inzibati protokolda inzibati xətanı qeydə almış texniki vasitənin göstəricisi, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, ümumiyyətlə qeyd olunmamışdır. Məhkəmə iclasında şikayət vermiş X6 ərizəni müdafiə edərək izahatında bildirdi ki, qardaşı X5 məxsus “Vaz 21723” markalı 90EJ072 dövlət nömrə nişanlı avtomobili vardır. 30 oktyabr 2025-ci il tarixdə qardaşı Elvin həmin avtomobili onun xahişi əsasında idarə etmək üçün iş yoldaşı X8 vermiş və həmin gün iş yoldaşları Camal Abdullayev, İlkin Sadıqov, Elcan Bayramov, o və Amin Əliyev birlikdə Gəncə şəhəri, Yeni Gəncədə yerləşən “Kalyon” adlı kafedə axşam gedib yemək yeyib təxminən gecə saat 24 radələrində yeməkxanadan çıxıb yaşadıqları Gəncə şəhəri, Sevinc qəsəbəsi 23-cü küçədə yaşayan Elcan Bayramovu evlərinə düşürmək üçün getmişlər və orada Elcangilin evinin qarşısında Amin maşını saxlamışlar, onlar yerə düşmüşlər. Həmin vaxt Amingil yerdə siqaret çəkib söhbət edən zaman o siqaret çəkmədiyi üçün gəlib avtomobilin sükanı arxasına oturub avtomobildə olan maqnitofonun kabelində boşluq olduğundan açıb musiqi dinləməyə başlamış, bu zaman arxadan avtomobil gəldiyini gördüyü üçün iş yoldaşı Amini avtomobilə yol vermək üçün çağırmaq istəmiş, sonradan həmin avtomobil yaxınlaşana yaxın sayrışan işığını yandıran polis avtomobili olduğunu görüb “Vaz 21723” markalı 90EJ072 dövlət nömrə nişanlı avtomobili onun idarə etdiyi başa düşülməsin deyə sükan arxasından sərnişin tərəfə keçmişdir. Təxminən 3-4 dəqiqə sonra orada olarkən həmin küçəyə bir yol patrul xidməti avtomobili gəlib dayanmış və həmin avtomobildən yol patrul xidməti inspektoru düşüb ona yaxınlaşaraq sual vermişdir ki, avtomobil kimə məxsusdur? O isə cavabında qardaşına məxsus olduğunu bildirmişdir. Sonra onun idarə edib-etməməsi soruşulanda cavabında özünün yox, iş yoldaşı Aminin idarə etdiyini bildirmişdir. Bu vaxt ondan spirtli içki qəbul edib-etmədiyini soruşanda spirtli içki qəbul etdiyini demişdir. Bundan sonra polis əməkdaşı avtomobili cərimə meydançasına aparacağını bildirib ondan keçib ön oturacaqda oturmağını tələb etmişdir. Həmin vaxt yanında olan iş yoldaşları onlara yaxınlaşıb aralarında gedən söhbətləri eşidib Amin adlı iş yoldaşı yol polis əməkdaşına bildirmişdir ki, “avtomobili mən idarə edirəm, gözlə avtomobil sahibi gəlsin, sonra cərimə meydançasına apar”. Lakin yol patrul xidməti inspektoru deyilənlərin heç birinə məhəl qoymayıb qardaşının avtomobilinin sükan arxasına keçərək avtomobilini idarə edib onunla birlikdə Gəncə X13nə aparmışdır. Yolda gedərkən o dəfələrlə polisə əssasız aparıldığını, avtomobili idarə etmədiyini desə də, o, qulaq asmaq istəməmişdir. Bundan sonra polis əməkdaşı X13ndə təkidlə alkotesterə üfürməyini tələb edəndə bundan imtina etmişdir. Bundan sonra polis əməkdaşı onu həbs edəcəkləri ilə hədələyib götürüb oradan Kəpəz rayon 2-ci polis şöbəsinə aparmışdır. Orada növbətçi polis əməkdaşı ondan niyə sərxoşluq müayinəsindən keçmək istəmədiyini soruşanda ona da vəziyyəti izah edib avtomobil idarə etmədiyini və qanunsuz polisə gətirildiyini bildirmişdir. Bundan sonra yol patrul xidməti inspektoru məcbur olub onu oradan götürüb Gəncə şəhər narkoloji dispanserinə aparmışdır. Orada narkoloq həkim də ona sərxoşluq müayinəsindən keçməyi təklif edəndə ona da vəziyyəti izah edib məhz bu səbəbdən alkotesteri üfürmək istəmədiyini bildirmişdir. Bundan sonra yol patrul xidməti inspektoru məcbur qalıb həmin gecə onu evə buraxdı. Səhəri gün isə məlum olmuşdur ki, onun barəsində guya inzibati xəta törətməyinə dair inzibati protokol tərtib olunub. Həmin yol polis əməkdaşı eyni zamanda ondan başqa qardaşı Elvinə də qanunsuz olaraq avtomobili başqa şəxsə verdiyinə görə inzibati cərimə yazmışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, şikayətində barəsində olan həmin qanunsuz inzibati protokolu onu polisə aparan Elgün yox, tamam başqa yəni Nümayəndə adlı bir yol polis əməkdaşı tərtib etdiyini qeyd etsə də, əslində səhv salmışdır, çünki hadisə zamanı yol patrul xidmətinin maşınında həm Elgün adlı polis əməkdaşı, həm də sonradan tanıdığı İsa adlı polis əməkdaşı olmuşdur. Bundan başqa inzibati protokolda iddia edilən inzibati xətanın aşkar etdiyi yer kimi ünvan 2 ünvanı göstərilib. Halbuki həmin gün onlar ümumiyyətlə həmin küçədən keçməmiş, nə də onlara orada nə Elgün adlı nə də başqa bir yol polis əməkdaşı gəlib yaxınlaşmayıb. Həmin gün Yeni Gəncədə “Kalyon” adlı yeməkxanaya kimi avtomobili qardaşının etibarnaməsi olmadan ayıq formada özü idarə etsə də, yeməkxanada yemək yeyib, oradan qayıdıb Sevinc qəsəbəsi 23-cü küçəyə gələnə qədər avtomobili iş yoldaşı X9 idarə etmişdir. Bu zaman avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Özünün sürücülük vəsiqəsi yoxdur. Ümumilikdə yeməkxanada iş yoldaşları ilə birlikdə 7-8 nəfər olmuşlar, iş yoldaşlarının 3-4ü “Bolt” avtomobili ilə gəlsə də, özü və digər iş yoldaşları iş yoldaşı Aminin idarə etdiyi “Vaz 21723” markalı 90EJ072 dövlət nömrə nişanlı avtomobillə arxa-arxaya gəlmişlər. Avtomobil dayanıqlı vəziyyətdə olmuşdur, onun spirtli içkinin təsiri altında avtomobil idarə etməsi kimi bir hal yoxdur, o, sadəcə avtomobili idarə edən Amin siqaret çəkmək üçün avtomobildən düşdüyünə görə müvəqqəti olaraq maqnitofonu qoşmaq üçün sükan arxasına keçmiş, avtomobili yerindən tərpətməmişdir. Polis əməkdaşları gələndə avtomobilin qəza işıqlarını yanılı vəziyyətdə idi. Sonda xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi polis kiçik serjantı Nümayəndə izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 23-dən sonra gecə xidmətində olarkən “Vaz 21723” markalı 90EJ072 dövlət nömrə nişanlı avtomobil yol patrul xidmətinin sayrışan işığını gördükdən sonra yolun sağ kənarında saxlamış, bu haldan şübhələndiyi üçün özü birbaşa avtomobilə yaxınlaşmışdır. Bu zaman yol patrul xidmətinin avtomobilində digər polis əməkdaşı Elgün də olsa da, “Vaz 21723” markalı 90EJ072 dövlət nömrə nişanlı avtomobilə birbaşa özü yaxınlaşmışdır. Videogörüntülərdən də göründüyü kimi “Vaz 21723” markalı 90EJ072 dövlət nömrə nişanlı avtomobilə yaxınlaşana yaxın avtomobilin qabaq sərnişin oturacağından bir nəfər, onun ardınca yenidən qabaq sərnişin oturacağından daha bir nəfər, yəni X6 düşmüşdür. Təbii ki, avtomobilin qabaq sərnişin oturacağında cəmi bir nəfər əyləşə bilər. X6 polis avtomobilinin sayrışan işığını gördükdən sonra sükan arxasından sərnişin tərəfə keçmişdir. X3 inzibati protokolda inzibati xətanın aşkar etdiyi yer kimi ünvan 2 ünvanı göstərilməsinə dair izahatına münasibətdə qeyd edir ki, ünvan elektron qaydada planşetdə olan “GPS” proqramı tərəfindən qeyd olunur, ola bilsin ki, həmin vaxt internetdə problem olduğuna görə belə qeyd olunsun. X3 “Bolt” avtomobilinin “Vaz 21723” markalı 90EJ072 dövlət nömrə nişanlı avtomobillə arxa-arxaya gəldiyini qeyd eləsə də, videogörüntülərdən də məlum olur ki, “Bolt” avtomobili ilə “Vaz 21723” markalı 90EJ072 dövlət nömrə nişanlı avtomobil bir-birinə əks istiqamətdədir. X2 izahatında “mən ora çatanda” ifadəsindən istifadə etmişdir ki, bu da avtomobili onun idarə etməsini təsdiq edir. Ona verilən suallara cavab olaraq bildirdi ki, X1 vəsiqəsi yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna əsasən qəza işığı işıq cihazı hesab olunmur. Sonda inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 343.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. -İş materiallarında olan “DVD” diskdən görünür ki, “Vaz 21723” markalı 90EJ072 dövlət nömrə nişanlı avtomobilin qabaq sərnişin qapısından bir nəfər düşmüş, onun ardınca X6 yenidən qabaq sərnişin qapısından düşmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 343.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi hadisənin görüntülərini əks etdirən “DVD” diskdə olan videogörüntü ilə tam təsdiq olunur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında videodiskə baxış keçirilən zaman təqdim olunan görüntüdən şikayətçinin pozuntu törətdiyi aşkar görünür. Onun gətirdiyi dəlilləri isə məhkəmə şəxsin məsuliyyətdən yayınması üçün gətirdiyi dəlillər hesab edir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X4 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-4261/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4261/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver