Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4265/2025 06.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X4, tələbkar şəxslər X11 və X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X12 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1585/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq X9, Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 3240 saylı, xx.xx.2024-cü il tarixli icra şənədinə əsasən 10025 manat pul vəsaiti alınaraq X13, Gəncə şəhər 6 saylı Notariat Kontorunun 8İ-1562 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 5025 manat pul vəsaiti alınaraq X10, Gəncə şəhər 3 saylı Notariat ofisinin 8İ-940 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 4200 manat pul vəsaiti alınaraq X5, Gəncə şəhər Məhkəməsinin 2(125)-360/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə isə 2155 manat pul vəsaiti alınaraq X2 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıqlar göndərilmiş, borclu çağrışlara gəlməmiş axtarış vasitəsi ilə yeri müəyyən edilmişdir. Şəxs hazırda 7600 manat aliment borcu, X13 8725 manat, X10 500 manat, X5 2400 manat, X2 1155 manat pul borcu olmaqla ümumilikdə icra sənədləri üzrə 20380 manat borcu mövcuddur. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında icra məmuru X12 ifadəsində protokolun məzmununa uyğun ifadə verərək məhkəmədən protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, alimentlə bağlı heç bir problem yoxdur, belə ki, alimentin ödənilməsinə görə keçmiş həyat yoldaşı ilə razılığa gəlmişlər. Digər borclardan isə hissə-hissə ödənişlər etdiyini bildirərək 5000 manatdan 500 manatın, 4500 manatdan 1800 manatın, 2150 manatdan 1150 manatın, 10025 manatdan 8725 manatın qaldığını bildirmişdir. Sonda sədrlik edənin sualına cavab olaraq hazırda ödəniş edə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında tələbkar X16 ifadəsində bildirmişdir ki, Şəxs dəfələrlə borcunu ödəməyə söz vermiş, lakin sözünə əməl etməmişdir. Buna görə Şəxs artıq inamının qalmadığını, borcunu tələb etdiyini, əks halda isə onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 ifadəsində bildirmişdir ki, borcunu tələb edir, əks təqdirdə isə Şəxs həbs olunmasını xahiş etdi. İş materiallarında olan: - 06 noyabr 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 10025 manat pul vəsaiti alınıb X13, 5025 manat alınıb X10, 4200 manat alınıb X5, 2155 manat alınıb X2, hər ay 200 manat aliment alınıb X9 ödənilməlidir. - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1585/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X9 ödənilməsi qət edilmişdir. - Gəncə şəhər 6 saylı Notariat Kontorunun 8İ-1562 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs 5025 manat pul vəsaiti alınaraq X3 ödənilməlidir. - Gəncə şəhər 3 saylı Notariat Kontorunun 8İ-940 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs 4200 manat pul vəsaiti alınaraq X5 ödənilməlidir. - Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 3240 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən 10025 manat pul vəsaiti alınaraq X13 ödənilməlidir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-360/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2000 manat, notariat hərəkətlərinin aparılmasına görə ödənilmiş xidmət haqqının əvəzi kimi 115 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat məbləğində pul alınaraq X2 verilməlidir. - xx.xx.2024-cü il tarixli “icrata başlamaq haqqında” qərarın və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 3240 saylı icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2022-ci il tarixli “icrata başlamaq haqqında” qərarın və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə “şəhər 3 saylı Notariat Kontorunun 8İ-940 saylı icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2015-ci il tarixli “icrata başlamaq haqqında” qərarın və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1585/2015 saylı icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2024-cü il tarixli “icrata başlamaq haqqında” qərarın və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhər 6 saylı Notariat Kontorunun 8İ-1562 saylı icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2025-ci il tarixli “icrata başlamaq haqqında” qərarın və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-360/2025 saylı icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - Şəxs İcra idarəsində verdiyi izahatından görünür ki, o, borcunu ödəməməsini maddi imkanının olmaması ilə əsaslandırmışdır. - xx.xx.2025-ci il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1585/2015 saylı, xx.xx.2015-ci il tarixli, Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 3240 saylı, xx.xx.2024-cü il tarixli, Gəncə şəhər 6 saylı Notariat Kontorunun 8İ-1562 saylı, xx.xx.2024cü il tarixli, Gəncə şəhər 3 saylı Notariat Kontorunun 8İ-940 saylı, xx.xx.2022-ci il tarixli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-360/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissəhissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Belə ki, borclu qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 06 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:35-dən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4265/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4265/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver