Məhkəmə qərarları › İş №3(125)-4268/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4268/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4268/2025 07.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31786401 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31786401 nömrəli inzibati tənbeh vermə haqqında qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 31786401 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün 100 (yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət icraata qəbul edilmədən X3 geri qaytarılmalıdır. Belə ki, şikayəti X4 versə də avtomobili X5 idarə etmiş və xx.xx.2025-ci il tarixli, EQ 31786401 saylı qərarla inzibati xətanın X5 tərəfindən törədildiyi və sonuncunun cərimə olunması qərara alınmışdır. Buna görə də EQ 31786401 saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış X2 şikayət vermək hüququ vardır. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə hesab edirəm ki, xx.xx.2025-ci il tarixli, EQ 31786401 saylı inzibati tənbeh vermə haqqında elektron qərar X5 barəsində çıxarıldığından X4 tərəfindən həmin qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 31786401 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar