Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4271/2025 07.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Gəncə şəhəri, Abbasqulu Ağa ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə polis orqanı barəsində «Facebook» sosial şəbəkəsində işlətdiyi nalayiq ifadələrə görə Gəncə Şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət edilmiş, həmin inzibati binada da ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» Xidməti-zəng mərkəzinə daxil olmuş müraciətlə əlaqədar, Şəxs Gəncə Şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına dəvət olunmuş, bu zaman polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, öz hərəkətlərini davam etdirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi yoxdur. Buna görə də onun barəsində olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, «Facebook» sosial şəbəkəsində Şəxs adlı şəxsin nalayiq ifadələr işlətdiyini görmüş və bununla əlaqədar xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin «102 Xidməti zəng» mərkəzinə məlumat vermişdir. Bununla əlaqədar həmin gün saat 13 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində olarkən Şəxs ucadan onun və digər şəxslərin yanında onun yanında polis əməkdaşlarının və digər şəxslərin ünvanına ifadə edilməsi etik olmayan nalayiq sözlər işlətmiş, polis əməkdaşlarının ictimai qaydaya əməl etmək barədə tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X7 Təhlükəsizlik Bölməsinin baş inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində X3 Daxili İşlər Nazirliyinin «102 Xidməti zəng» mərkəzinə müraciəti ilə əlaqədar polis şöbəsinə dəvət olunmuş Şəxs ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini məhkəmə nəzərə alır. İş üzrə Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə N.Z.Verdiyevin Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, N.Z.Verdiyev barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin müqayisəli tədqiqindən görünür ki, həmin Məcəllənin 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulduğu və azadlıq hüququnun faktiki olaraq, xx.xx.2025-ci il tarixdə, saat 14:15-də məhdudlaşdırıldığına görə inzibati həbsin əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 06 noyabr 2025-ci il tarixdən saat 14:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-4271/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4271/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver