Məhkəmə qərarları › İş №3(125)-4274/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4274/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4274/2024 05.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə Şəhər üzrə İcra İdarəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1876/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X5 oğlu və xx.xx.2023-cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Şəxs alınaraq Əliyeva (Rüstəmova) Sevda Azad qızına ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinə daxil olmuş, aparılmış icra tədbirləri nəticəsində borcluya tələbin könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə borclunun icra sənədi üzrə 2515 manat aliment borcu qalmaqdadır. O, sonuncu izahatında borcunu ödəməyəcəyini bildirmişdir. Belə ki, borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə zəruri icra tədbirləri görülmüş və borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru İlkin Qədimov protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ifadəsində səhhətində problemlər olduğunu, hazırda ürəyinin xəstə olmasını və ona görə də işləyə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında hakim tərəfindən verilən suala cavab olaraq bildirmişdir ki, ona maddi baxımdan atası və anası dəstək olur. İfadəsinin sonunda keçmiş həyat yoldaşının uzun müddətdir uşaqlarını ona göstərmədiyi üçün alimenti qəsdən ödəmədiyini bildirmiş və barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 05 dekabr 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1876/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iki uşağın saxlanması üçün hər ay 360 manat aliment Şəxs alınaraq X2 ödənilməlidir. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1876/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X5 oğlu və xx.xx.2023-cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment Şəxs alınaraq Əliyeva (Rüstəmova) Sevda Azad qızına ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətlərindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1876/2024 saylı, xx.xx.2024-cü il tarixli icra qeydlərində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2024-cü il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinin xəbərdarlıq məktubundan görünür ki, Şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-839/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1876/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə borclu Şəxs məxsus “Qaz 310290” minik markalı, “** DA ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq icra sənədi üzrə tələb həmin avtomobilə yönəldilmişdir. - Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatında borclu borcunu tam şəkildə ödəməyə imkanı olmadığını və borcundan hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar