Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4280/2024 26.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnzibati protokolu tərtib edən X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 30 noyabr 2024-cü il tarixli protokola əsasən Şəxs 26 avqust 2024-cü il tarixdə ünvan 1-da yaşayan X2 məxsus mənzilə quraşdırılmış 510 (beş yüz on) manat dəyəri olan müşahidə kamerasını sındırmışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi yarandığından Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən 25 sentyabr 2024-cü il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş X4 protokolun məzmununa uyğun izahat verərək Şəxs nəvəsi Fəridə zərərçəkmiş şəxs X1 övladı Mirzə ilə ailəli olduğunu və ailə daxili problemə görə ayrılmaq qərarına gəldiklərini bildirmişdir. Bununla bağlı Fəridənin ailəsi cehizləri çıxartmaq üçün ünvan 1 ünvanına getmiş və aralarında yaranmış mübahisə zamanı X2 məxsus mənzilə quraşdırılmış müşahidə kamerasını Şəxs qəsdən sındırmış və divarın aboylarını cırmışdır. Hadisə zamanı Kifayət Rzayeva DİN 102 zəng xidmətinə müraciət etmiş, daha sonra Gəncə şəhəri 2-ci PŞ-nin TB-də araşdırma apararaq İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsinin tərkibi olduğundan İTB-yə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirmişdir ki, Kifayət Rzayeva ilə aralarında yaranmış mübahisə zamanı əsəbi olduğundan kameranı zərbə ilə yerə çırpmış və zərbənin təsirindən kamera sınmışdır. İfadəsinin sonunda qadın olmasını, həmin vaxt əsəbi olmasını məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 26 avqust 2024-cü il tarixdə X2 510 manat dəyərində maddi ziyan vurmuş və buna görə də Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Həmçinin məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuş və xx.xx.2024-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş, hazırda isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən 3 ay keçmişdir. Halbuki qanunvericiliyə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 3 ay keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxsn barəsində MN ******* nömrəli, 30 noyabr 2024-cü il tarixli inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4280/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4280/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver