Məhkəmə qərarları › İş №3(125)-4284/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4284/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4284/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, hüquqi şəxs Şəxsnə məxsus klinikanın direktoru X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: 19 noyabr 2024-cü il tarixdə saat 15:15-də Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibbi-praktiki fəailiyyət ilə məşğul olması faktı aşkar edildiyindən hüquqi şəxs - Şəxs MMC-nin barəsində Azərbayan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X7 X8 Şöbəsinin mütəxəssisi X5 tərəfindən İXM-nin 210.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məxsus klinikanın direktoru X2 izahatında göstərdi ki, Şəxs MMC-nin bütün sənədləri qaydasındadır, yalnız həmin binada çıxarış alınması mümkün olmadığından tibbi fəaliyyətlə məşğul olmağa dair lisenziya ala bilməmişlər. Bununla bağlı aidiyyəti qurumlara müraciətlər olunsa da, lisenziyanın çıxarış olmadan verilməyəcəyi bildirilmişdir. Bu səbəbdən lisenziya məsələsini həll etməkləri üçün onlara vaxt verilməsini və qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: Sənədlərdən görünür ki, Qurumun adı - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət, (VÖEN) – ********** və təşkilati-hüquqi forması – Məhdud Məsuliyyətli Cəmiyyətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 18 noyabr 2024-cü il tarixli, 3-28-1/3-2-1230/2024 nömrəli qərarından görünür ki, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. 18 noyabr 2024-cü il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması qeydə alınmışdır. Qeydiyyat xx.xx.2024-cü il tarixdə aparılmışdır. Tərtib edilmiş yoxlama suallarından görünür ki, yoxlama Şəxs MMC lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 671 nömrəli aktdan görünür ki, 19 noyabr 2024-cü il tarixdə saat 14:50-də Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı tibb müəssisəsinin lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Qeyd olunan faktlar tərəflərindən çəkilmiş fotoşəkillərdə və digər sənədlərdə öz təsdiqini tapır. Yoxlamada sahibkar iştirak etmədi. Onun işçisi X3 yoxlamada iştirak etdi. İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsini dinləyərək, inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək, belə qənaətə gəlir ki, Şəxs MMC-nin İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi, yəni lisenziya olmadan özəl tibb fəailiyyəti ilə məşğul olması tərtib edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli Akt, fotoşəkillər və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından hesab edir ki, Şəxs MMC İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi İXM-nin 210.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs (VÖEN **********, hüquqi şəxsin ünvanı - Azərbaycan Respublikası, ünvan 1anı - Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 264) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar