Məhkəmə qərarları › İş №3(125)-4289/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4289/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4289/2024 06.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində doğulmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510, 535.1-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdərisinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs, narkotik vasitəsinin təsiri altında qaynanası Nəzakət Ələsgərovanı iştimai yerdə təhqir etmiş həmçinin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq nəlayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, adı polisə sonradan məlum olan Şəxs xx.xx.2024-cü il tarixdə X3 DİN-in 102 xidmətinə, daha sonra isə 2-ci PŞ-yə ərizə ilə müraciət edərək kürəkəni Şəxs onu öldürməklə hədələməsini bildirmişdir. Həmin materialın icrası ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə vətəndaş Şəxs izahatının alınması məqsədilə yaşadığı ünvana gedilmiş, Şəxs yaşadığı binanın qarşsıında ucadan səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozmuşdur. Belə ki, həm şikayət edən şəxsin ünvanına, həm də bizim ünvanımıza nalayiq ifadələr işlətmişdir. Dəfələrlə həmin şəxsi nizam-intimzama dəvət etsələr də, Şəxs bizim qanuni tələblərinə tabe olmayaraq öz hüquqazidd əməllərini davam etdirdi. Belə olan halda həmin şəxsi Polis Şöbəsinə gətirdik. X7 inzibati binasının, həyətində və içərisində onun barəsində şikayət etmiş şəxsin əleyhinə və bizim əleyhimizə uca səslə nalayiq ifadələr işlədərək ətrafdakıların diqqətini özünə cəlb etməklə iş rejimini, eləcə də ictimai qaydanı kobud sürətdə pozmaqla bu kimi qərəzli hərəkətlər etmişdir. Odur ki, göstərilənləri nəzərə alıb, ictimai yer hesab edilən binanın qarşsında, habelə Polis Şöbəsində və onun inzibati binasının həyətində ictimai qaydanı kobud sürətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edən Şəxs barəsində qanuni tədbir görülməsinə aidiyyəti üzrə göstəriş verilmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsini təsdiqləyən sübutları hazırda təqdim edə bilmədiyini bildirdi və Şəxs inzibati həbs olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Nəzəkət Ələsgərova onun arvadının anasıdır. Ona görə arvadı onunla dalaşıb və anasının qaldığı ünvana getmişdir. Nəzakət Ələsgərovanı sözlə hədələsə də, öldürəcəyini bildirməmişdir. Onunla üzbəüz olan zamanda əlində heç bir kəsici-deşici və ya digər alət olmamışdır. Həmçinin narkotik vasitələrdən ara-sıra istifadə etdiyini bildirmişdir. Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X9 izahat verərək Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan 19 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyatı üzrə Gəncə şəhər BPİ-nin 2-ci X8 Təhlükəsizlik bölməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 06 dekabr 2024-cü il tarixli 1947 nömrəli rəyindən görünür ki, Şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Alkoqolizm xəstəliyindən əziyyət çəkir. Alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 19:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda Şəxs ictimai qaydanı pozduğu polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, həmin hallar hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) ilə təsdiq edilmir. Şəxs həqiqətən də ictimai qaydanı pozması və onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə tabe olmaması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün ifadəsi ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmur. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-ci il saat 19:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-ci il saat 19:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Şəxs narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar