Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4296/2025 26.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Umud oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş orqan -Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X12 nümayəndəsi Nümayəndə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 40 (qırx) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 19:50-də Gəncə şəhəri, Çingiz İldırım küçəsi ilə üzü Əziz Əliyev küçəsi istiqamətində istifadəsində olan QAZ 3110 101 markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edib, kəsişməyə yaxınlaşıb dayanaraq sola dönmək üçün sola dönmə işıq siqnalını qoşaraq sağ tərəfdən (həmin yol birtərəfli olduğundan) gələn avtomobilləri gözləmiş, avtomobillər qurtarandan sonra sola manevr etməyə başlamış, bu zaman qanunsuz olaraq sol tərəf girib sola dönmək istəyən Babək adlı şəxsin idarə etdiyi VAZ 015 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra onunla sürücü Babək arasında mübahisələri olmuş ki, o, düzgün etməyərək, yəni qaydaları pozaraq onun sola döndüyünü görə-görə soluna daxil olub sola dönməyə cəhd etmişdir. Hadisə yerinə gələn yol polisi Nümayəndə hadisədə onu təqsirli bilərək barəsində xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və AR İXM-in 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. Odur ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X6 şikayətin məzmununa uyğun məhkəməyə izahat verərək bildirdi ki, şikayətini müdafiə edir. Barəsində tərtib edilmiş protokolun əsassız olduğunu bildirərək xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X12 nümayəndəsi Nümayəndə məhkəməyə izahat verərək bildirdi ki, tərtib edilmiş protokol qanuni və əsaslıdır. S.Məmmədov idarə etdiyi QAZ 3110 101 markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əziz Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuş və VAZ 015 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. AR “Yol hərəkəti haqqında“ Qanunun 42-ci maddəsinin Vİİ hissəsinə əsasən, elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Eyni zamanda sola dönərkən də hərəkət hissəsinin mümkün qədər sol kənarına yaxın hərəkət etməlidir. S.Məmmədov AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasının pozulmasına yol vermiş və barəsində xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tərtib edilmiş protokol qanunamüvafiq olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şahid məhkəməyə izahat verərək bildirdi ki, Gəncə şəhəri, Ç.İldırım küçəsi ilə Ə.Əliyev küçəsinin kəsişməsinə yaxınlaşarkən qarşıda olan QAZ 3110 101 markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətsiz olaraq dayandığını görmüş, onun bir neçə dəqiqə ərzində dönməsini gözləsə də, dönməmiş və sola dönmə işıq siqnalını yandıraraq dönmə əməliyyatını icra edərkən həmin sürücü avtomobilini anidən sola doğru istiqamətləndirmiş, nəticədə idarə etdiyi avtomobilinin sağ hissəsinə dəymişdir. İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasının pozulmasının) törədilməsinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X3 Əliyev prospektində xx.xx.2025-ci il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasının pozulması) törətmişdir və buna görə də onun barəsində xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X2 şikayətində heç bir qayda pozuntusu törətmədiyini və həmin qərarın qanunsuz və əsassız olduğunu bildirmişdir. Məhkəmə isə şikayəti əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X6 idarə etdiyi VAZ 015 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, Ç.İldırım küçəsi ilə Ə.Əliyev prospektinin kəsişməsində xx.xx.2025-ci il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi barəsində olan inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXMin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X6 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-4296/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4296/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver